YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidovun iştirakı ilə “Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı” ASC - də təmsil olunan partiya üzvləri ilə görüş keçirilmişdir

YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidovun iştirakı ilə “Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı” ASC - də  təmsil olunan partiya üzvləri ilə görüş keçirilmişdir

Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının Hövsan qəsəbəsi Şakir Ziyadov küçəsi 1 ( Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı” ASC ) ünvanında yerləşən ərazi partiya təşkilatında YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidovun, sədr müavini Salman Əbdülovun, ƏPT-nin sədri Rəşad Daşdəmirovun və digər üzvlərin iştirakı ilə YAP-ın Mərkəzi Aparatının təlimatları, yeni üzvlərin qəbulu, üzvlük haqlarının vaxtında ödənilməsinin təmin edilməsi, qeydiyyat-uçotun səmərəli aparılması, ideoloji işin məqsədyönlü qurulması, sosial şəbəkələrdə və dövrü mətbuatda partiya üzvlərinin fəallıqlarının artırılması ilə bağlı görüş keçirilmişdir.

Ərazi partiya təşkilatının sədri Rəşad Daşdəmirov YAP üzvlərini salamlayıb, görüş iştirakçılarını qarşıdan gələn Milli Qurtuluş günü münasibəti ilə təbrik edərək tədbiri açıq elan etdikdən sonra ƏPT-də son dövrlərdə görülən işlər haqqında ətraflı məlumat vermişdir. Sədr demişdir ki,  ƏPT-də statistika, uçot, qeydiyyatların vəziyyəti və təkmilləşdirilməsi işinə xüsusi diqqət yetirilir. ƏPT-nin üzvlərinin üzvlük haqlarının ödənilməsi işinin təmin edilməsi, Partiya sıralarına qəbul olunmaq istəyənlərlə fərdi söhbətlərin aparılması, onların partiyanın nizamnaməsi və proqramı ilə tanış edilməsi gündəlik fəaliyyətin əsas istiqamətləridir.

Rəşad Daşdəmirov xüsusi qeyd etmişdir ki, Ulu Öndər Heydər Əliyevin adı tariximizə vətənin və xalqın xilaskarı kimi yazılıb. Cəmiyyətdə bir ümumi bir fikir yaranmışdı ki, ölkəni düşdüyü bu ağır vəziyyətdən çıxarmağa qadir yeganə şəxsiyyət məhz Heydər Əliyevdir. Ümummilli Lider problemlərin həlli üçün ölkədə vətəndaş həmrəyliyini, sabitliyi son dərəcə vacib sayırdı.

Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov təşkilatının Hövsan qəsəbəsi Şakir Ziyadov küçəsi 1 ( Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı” ASC ) ünvanında yerləşən ərazi partiya təşkilatının üzvləri qarşısında çıxış edərək görüş iştirakçılarını xalqımızın ən əziz günlərindən biri olan 15 iyun Milli Qurtuluş günü münasibəti ilə təbrik etmişdir.

Yerli təşkilatın sədri xüsusi vurğuladı ki, Azərbaycan dövlətçiliyinin mövcudluğuna təhdid yaradan səriştəsizlik və hərc-mərclik imkan vermirdi ki, dövlətçiliyimiz möhkəmlənsin. Döyüş meydanından silahlıları çıxarıb Bakıya öz siyasət mənfəətləri üçün gətirənlər əlbəttə, Ulu Öndər Heydər Əliyevin qayıdışını istəməzdilər. Lakin Bakıdakı oyunbazlardan fərqli olaraq Heydər Əliyev Naxçıvanda üçrəngli dövlət bayrağını qaldırmış, Türkiyə ilə münasibətləri bərpa etmiş, dövlətçiliyimizin əsaslarını əyalətdə möhkəmləndirməyə başlamışdı. Bu gün dillərdən düşməyən bir millət iki dövlət siyasi-fəlsəfi yanaşması da məhz o illərdə yaranmışdı. Ulu Öndər Heydər Əliyev Naxçıvandan Şuşaya uzanan o tarixi yolda ilk addımlayan, bugünkü zəfərimizin bünövrəsini qoyan dahi şəxsiyyətdir. Təsadüfi deyil ki, bu günlərdə bir illiyini qeyd edəcəyimiz “Şuşa Bəyannaməsi” məhz Milli Qurtuluş günümüzdə imzalanmışdır. Bu həm Ulu Öndər Heydər Əliyevin bir millət iki dövlət siyasətinə verdiyi töhfəyə dərin hörmətin təzahürü, həm də gələcək inkişafımızda Milli Qurtuluşun izlərinin bariz nümayişidir.

Sonda bir qrup partiya üzvünə YAP-ın üzvlük vəsiqələri təqdim olunmuşdur.