YAP Suraxanı rayon təşkilatının rəhbərliyi partiya fəalı Vasif Rəhimovu təbrik etmişdir
10.06.2022-ci il tarixdə Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov və təşkilatın nümayəndələri YAP Suraxanı rayon təşkilatının inzibati binasında uzun illər partiyaya ləyaqətlə xidmət etmiş Rəhimov Vasif Aydın oğlunu 55 illik yubileyi münasibəti ilə təbrik etmişlər.
Görüşü giriş sözü ilə açan YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov bildirdi ki, Vasif müəllim uzun illərdir ki, öz mənalı ömrünü müstəqil Azərbaycan dövlətinin çiçəklənməsinə və mədniyyətinin inkişafına həsr edib. İncəsənət sahəsində uğurları ilə yanaşı Vasif müəllimin ictimai-siyasi həyatdakı fəaliyyəti də təqdirəlayiqdir. Xüsusi ilə də Suraxanı rayonunda həyata keçirilmiş tədbirlərin reallaşdırılmasında onun rolu və xidmətləri müstəsnadır.
Yerli təşkilatın sədri onu da qeyd etmişdir ki, Vasif müəllim Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatında fəaliyyəti özündən sonra gələn nəsillər üçün vətəndaşlıq nümunəsidir. O, ləyaqətli incəsənət xadimi olmaqla yanaşı, həm də rəhbərlik etdiyi kollektivdə uzun illər ərazi partiya təşkilatının sədri kimi doğma partiyamıza sədaqətlə xidmət etmiş, dövlətimizin və cənab Prezidentimiz haqlı siyasətinin geniş kütlələr arasında təbliğində aktiv iştirak etmişdir. Vüqar Seyidov demişdir ki, Vasif müəllim gənc mədəniyyət işçilərinin siyasi tərbiyəsində, yetişməsində, partiya sıralarına cəlb olunmasında və keçirilən tədbirlərin yüksək səviyyədə təşkilində əməyi danılmazdır.
Göstərilən diqqətə və qayğıya görə yubliyar Vasif Rəhimov YAP Suraxanı rayon təşkilatına və onun sədri Vüqar Seyidova öz dərin minnətdarlığını bildirmişdir. Vasif müəllim bildirmişdir ki, bundan sonra doğma partiyaya ləyaqətlə xidmət etməyə davam edəcəkdir.