YAP Suraxanı rayon təşkilatının nümayəndələri ərazi partiya təşkilatının sədri Camal Əlirzayevi təbrik etmişlər

YAP Suraxanı rayon təşkilatının nümayəndələri  ərazi partiya təşkilatının sədri Camal Əlirzayevi təbrik etmişlər

01 noyabr 2021-ci il tarixdə Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov və təşkilatın nümayəndələri Qaraçuxur qəsəbəsi Yeni Günəşli yaşayış sahəsi D massivi ünvanında yerləşən ərazi partiya təşkilatının sədri,  282 №-li tam orta məktəbin direktoru Əlirzayev Camal Xudiş oğlunu 65 illik yubileyi münasibəti ilə təbrik etmişlər. Təhsil ocağına ziyarət əsnasında bir qrup məktəb kollektivi ilə səmimi görüş keçirilmişdir. Görüşü giriş sözü ilə açan YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov bildirdi ki, Camal müəllim uzun illərdir ki, öz mənalı ömrünü müstəqil Azərbaycan dövlətinin çiçəklənməsinə və təhsilinin inkişafına həsr edib. Təhsil sahəsində uğurları ilə yanaşı Camal Əlirzayevin ictimai-siyasi həyatdakı fəaliyyəti də təqdirəlayiqdir. Xüsusi ilə də Suraxanı rayonunda həyata keçirilmiş tədbirlərin reallaşdırılmasında onun rolu və xidmətləri müstəsnadır. Yerli təşkilatın sədri onu da qeyd etmişdir ki, Camal müəllimin Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatında fəaliyyəti özündən sonra gələn nəsillər üçün vətəndaşlıq nümunəsidir. O, ləyaqətli direktor, insanlara elm, savad aşılayan bir müəllim olmaqla yanaşı, həm də işlədiyi kollektivdə ərazi partiya təşkilatının sədri kimi doğma partiyamıza sədaqətlə xidmət etmiş, dövlətimizin və cənab Prezidentin haqlı siyasətinin geniş kütlələr arasında təbliğində aktiv iştirak etmişdir. Vüqar Seyidov demişdir ki, Camal Əlirzayevin gənc müəllimlərin, təhsil işçilərinin siyasi tərbiyəsində, yetişməsində, partiya sıralarına cəlb olunmasında və keçirilən tədbirlərin yüksək səviyyədə təşkilində əməyi danılmazdır.

Göstərilən diqqətə və qayğıya görə yubliyar Camal Əlirzayev YAP Suraxanı rayon təşkilatına və onun sədri Vüqar Seyidova kollektiv adından öz dərin minnətdarlığını bildirmişdir. Camal Əlirzayev bildirmişdir ki, bundan sonra doğma partiyamıza ləyaqətlə xidmət etməyə davam edəcəkdir. Sonda ərazi partiya təşkilatının bir qrup üzvü ilə xatirə şəkili çəkdirilmişdir.