YAP Suraxanı rayon təşkilatının nümayəndələri Vətən Müharibəsi qazisi Ülvi Hüseynova baş çəkmişlər
18 yanvar 2022-ci il tarixdə Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov və təşkilatın nümayəndələri Vətən Müharibəsində ağır yaralanmış qazi, Suraxanı rayon Əmircan qəsəbəsi sakini Hüseynov Ülvi Məsum oğlunu ziyarət edərək, onun müalicəsinin gedişi ilə maraqlanmışlar.
YAP Suraxanı rayon təşkilatının sədri ilə həmsöhbət olan Vətən Müharibəsi qazisi Ülvi Hüsynov qazilərə göstərilən qayğıdan məmnun olduğunu bildirmişdir. Dövlətin Şəhid ailələrinə və qazilərə yaratdığı şəraitdən bəhs edən Ülvi Hüseynov Ali Baş Komandan İlham Əliyevə və çox hörmətli Mehriban xanım Əliyevaya öz dərin minnətdarlığını ifadə etmişdir. Qazi Ülvi Hüseynov müalicəsinin yüksək səviyyədə həyata keçirildiyini xüsusi vurğulamışdır.
Ziyarət əsnasında Suraxanı rayon sakini Vətən Müharibəsi qazisi Ülvi Hüseynovun sosial durumu, müalicəsinin gedişi ilə yaxından tanış olan Vüqar Seyidov Şəhid ailələri və qazilərə göstərilən diqqətin, qayğının analoqu olmadığnı bildirmişdir. YAP Suraxanı rayon təşkilatının sədri əlavə etmişdir ki, Vətən Müharibəsindən sonra istər Şəhid ailələri, istərsə də qazilərlə rayon təşkilatı sistematik iş qurmuşdur. Hər bir edilən müraciətin dəyərləndirildiyini ifadə edən təşkilat sədri qazilərin fiziki, psixoloji, mənəvi və sosial bərpası üçün istənilən köməyə hazır olduqlarını dedi. Vüqar Seyidov ölkə Prezidenti, YAP sədri cənab İlham Əliyevin və çox hörmətli Mehriban xanım Əliyevanın həssas təbəqəyə olan münasibətlərinin hər bir vətəndaş üçün etalon olduğunu vurğuladı.