YAP Suraxanı rayon təşkilatının nümayəndələri şəhid əsgər Eissavi Muhammədin şəhadətinin İkinci ildönümündə iştirak etmişlər

YAP Suraxanı rayon təşkilatının nümayəndələri şəhid əsgər Eissavi Muhammədin şəhadətinin İkinci ildönümündə iştirak etmişlər

09 noyabr 2022-ci il tarixdə , Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov və təşkilatın nümayəndələri şəhid əsgər Eissavi Muhamməd Mazen oğlunun şəhadətinin ikinci ildönümü münasibəti ilə ailəsini ziyarət etmişlər.

YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov  ailənin qayğıları ilə maraqlanmışdır. Yerli təşkilatın sədri şəhidimizin əziz xatirəsini bir daha yad edərək Allahdan rəhmət diləmişdir.

Göstərilən diqqət və qayğıya görə şəhidin ailə üzvləri cənab Prezident İlham Əliyevə, Birinci vitse-prezident çox hörmətli Mehriban xanım Əliyevaya və Yeni Azərbaycan Partiyasına öz dərin minnətdarlıqlarını bildirmişlər.