YAP Suraxanı rayon təşkilatının nümayəndələri şəhid Mixail Həmidovun övladının doğum gününü təbrik ediblər

YAP Suraxanı rayon təşkilatının nümayəndələri şəhid Mixail Həmidovun övladının doğum gününü təbrik ediblər

YAP Suraxanı rayon təşkilatının nümayəndələri Yeni Günəşli yaşayış sahəsinin sakini olmuş, Vətən Müharibəsi şəhidi, baş leytenant Həmidov Mixail Hamlet oğlunun ailəsini ziyarət ediblər. Yerli təşkilatın məsləhətçisi Fərəh Məcidzadə və könüllülər Təranə İsmayilzadə, Pərvanə Cəfərov təşkilatın sədri Vüqar Seyidovun adından şəhidin 15 yaşı tamam olan qızı Mədinəni doğum günü münasibətilə təbrik edərək, ona hədiyyələr təqdim etmişdir.

Ailənin qayğıları ilə maraqlanan təşkilat nümayəndələri söhbət zamanı şəhidlərimizin Vətən qarşısında böyük və misilsiz xidmətlərinin olduğunu, torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş hər bir övladımızın xatirəsinin dövlətimiz və xalqımız tərəfindən hər zaman uca tutulduğunu vurğulamış, şəhid olan qəhrəmanlarımıza Allahdan rəhmət diləmişlər.

Şəhid Mixail Həmidovun ailə üzvləri göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.