YAP Suraxanı rayon təşkilatının nümayəndələri “Qalib Azərbaycan xalqı” adlı tədbirdə iştirak etmişlər

YAP Suraxanı rayon təşkilatının nümayəndələri  “Qalib Azərbaycan xalqı” adlı tədbirdə iştirak etmişlər

05 noyabr 2021-ci il tarixdə 8 noyabr-Zəfər Günü ilə əlaqədar keçiriləcək tədbirlər çərçivəsində Suraxanı Rayon İcra Hakimiyyətində “Qalib Azərbaycan xalqı” adlı tədbir keçirilmişdir. Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin Heydər Əliyev parkında ucalan abidəsini ziyarət edərək önünə gül dəstələri qoymuş və rayon İcra Hakimiyyətində sərgilənmiş Zəfər gününə həsr olunan rəsm əsərləri ilə tanış olmuşlar.

Suraxanı RİH başçısı Əziz Əzizov Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ötən ilin sentyabrın 27-də başlanan və zəfərlə başa çatan Vətən müharibəsində qazanılan qələbənin tarixi əhəmiyyətindən bəhs edərək bildirmişdir ki, həyata keçirilən düşünülmüş siyasətin və vaxtında atılan addımların nəticəsi olaraq biz bu gün qalib ölkəyik. Ölkə başçımız dahi siyasətçi, müdrik dövlət xadimi ulu öndər Heydər Əliyevin layiqli varisi kimi onun vəsiyyətini həyata keçirdi və arzuladığı Qarabağı azad etdi. O, həm də bütün dünyaya sübut etdi ki, Azərbaycan xalqı qəhrəman, məğrur xalqdır. Qalib Azərbaycan xalqı Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi. Həmçinin, dövlətimiz tərəfindən Şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıdan bəhs edən RİH başçısı qeyd etdi ki, 30 ilə yaxın müddətdə həsrətlə gözlədiyimiz Böyük Zəfəri bizə Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu, canını fəda edən şəhidlərimiz və qazilərimiz bəxş edib. Şəhidlərimizin qanı tökülən torpaqlar onların bizə əmanətidir. Bu əmanəti qorumaqla gələcək nəsillərə ötürmək hər birimizin vətəndaşlıq borcudur.

YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov çıxış edərək bildirdi ki, Ümummilli Lider Heydər Əliyevin ən layiqli davamçısı olan Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan, YAP-ın sədri cənab İlham Əliyevin rəhbərliyi ilə düşmən üzərində əldə edilən tarixi zəfər qalib Azərbaycan xalqına sonsuz fəxarət və qürur hissi yaşadır. Yerli təşkilatın sədri onu da qeyd etmişdir ki, bu hərbi zəfər elə bir möhtəşəm qələbədir ki, Ali Baş Komandanımızın rəhbərlik etdiyi Azərbaycan Ordusunun döyüş qabiliyyəti, taktiki döyüş əməliyyatları nüfuzlu ali hərbi məktəblərdə öyrənilir. Vüqar Seyidov əlavə edib ki, Azərbaycan, sözün əsl mənasında, tarix yazdı. Dövlət başçısı sübut etdi ki, Azərbaycanın sözü imzası qədər böyük qüdrətə malikdir. Azərbaycan xalqı Prezident İlham Əliyevin qətiyyətli siyasətini tam dəstəkləyir və öz rəhbərinin ətrafında sıx birləşib. Yaşasın rəşadətli ordumuz, yaşasın müdrik xalqımız, yaşasın Müzəffər Ali Baş Komandan!

Çıxış edən digər natiqlər də tədbir iştirakçılarını təbrik etmiş, Ali Baş Komandan cənab İlham Əliyevə, Şəhid ailələrinə və qazilərə bu möhtəbər qələbənin qazanılmasında göstərdikləri fəkarlıqlara görə öz dərin minnətdarlıqlarını bildrimişlər. Daha sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə təltif olunan şəhid və qazilərin orden və medalları təqdim edilmişdir.

Tədbirin sonunda 87 saylı tam orta məktəbin şagirdlərinin təqdimatında “Qalib Azərbaycan Xalqı” adlı tamaşa nümayiş etdirilmişdir.