YAP Suraxanı rayon təşkilatının nümayəndələri helikopter qəzasında şəhid olan Xəyyam Əliyevin yas mərasimində iştirak ediblər

YAP Suraxanı rayon təşkilatının nümayəndələri helikopter qəzasında  şəhid olan Xəyyam Əliyevin yas mərasimində iştirak ediblər

08 yanvar 2022-ci il tarixdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev və əməkdaşları, Azərbaycan Silahlı Qüvvələrinin general-leytenantı Əsgər Xəlilov, Milli Məclisin deputatları Afət Həsənova, Etibar Əliyev, digər rəsmi şəxslər, şəhid ailələri, qazilər, Əmircan qəsəbə sakinləri və şəhidin doğmaları "Qaraheybət" aviasiya poliqonunda təlim uçuşları yerinə yetirən zaman qəzaya uğrayan Dövlət Sərhəd Xidmətinə məxsus helikopterdə Şəhid olan Suraxanı rayon sakini kapitan Əliyev Xəyyam Əlixan oğlunun 40 mərasimində iştirak etmişlər. Öncə şəhid kapitan Əliyev Xəyyamın Əmircan qəsəbəsində yerləşən Şəhidlər Xiyabanındakı əbədi istirahətgahı ziyarət edilmiş, məzarı üzərinə güllər düzülmüş və dualar oxunmuşdur.

Daha sonra Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev və əməkdaşları, Azərbaycan Silahlı Qüvvələrinin general-leytenantı Əsgər Xəlilov, Milli Məclisin deputatları Afət Həsənova, Etibar Əliyev və digər rəsmi şəxslər ailənin qayğıları ilə maraqlanmışlar. YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov şəhidimizin əziz xatirəsini bir daha yad edərək Allahdan rəhmət diləmişdir.

Göstərilən diqqət və qayğıya görə şəhidin ailə üzvləri cənab Prezident İlham Əliyevə, Birinci vitse-prezident çox hörmətli Mehriban xanım Əliyevaya və Yeni Azərbaycan Partiyasına öz dərin minnətdarlıqlarını bildirmişlər.