YAP Suraxanı rayon təşkilatı yubilyarları təbrik edib

YAP Suraxanı rayon təşkilatı yubilyarları təbrik edib

29 sentyabr 2026-cı il tarixində YAP Suraxanı rayon təşkilatının inzibati binasında yerli təşkilatın sədri Vüqar Seyidov YAP Suraxanı rayon təşkilatının veteranı Fərhad Həsənovu 70 illik, 31 saylı Suraxanı ikinci dairə seçki komissiyasının sədri İlham Bayramovu 65 illik, 141 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru, ərazi partiya təşkilatının sədri Fərəh Hüseynovanı və 146 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru, ərazi partiya təşkilatının sədri Qasım Qasımovu 60 illik yubileyləri münasibəti ilə qəbul edərək, onları təbrik və təltif etmişdir.

Səmimi söhbət əsnasında YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov bildirmişdir ki, YAP Suraxanı rayon təşkilatının veteranı olan və uzun illər təhsil sahəsində müxtəlif vəzifələrdə çalışmış Fərhad Həsənov rayonun ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyət göstərərək təhsil sahəsində böyük nailiyyətlər əldə etmişdir.

Yerli təşkilatın sədri həmçinin qeyd etmişdir ki, 31 saylı Suraxanı ikinci dairə seçki komissiyasının sədri İlham Bayramov Suraxanı rayonunun ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyət göstərərək seçkilərin şəffaf və demokratik keçirilməsinə böyük töhfələr vermişdir.

Eyni zamanda Vüqar Seyidov rayonun təhsil müəsisələrinin direktorları və YAP Suraxanı rayon təşkilatının ərazi partiya təşkilatlarının sədrləri Fərəh Hüseynovanın və Qasım Qasımovun fəallıqlarını yüksək qiymətləndirərək, onlara gələcək fəaliyyətlərində uğurlar arzulamışdır.

Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov xüsusi qeyd etmişdir ki, hər dörd yubilyarın ictimai fəaliyyəti özündən sonra gələn nəsillər üçün əsl vətəndaşlıq nümunəsidir. Onlar dövlətin, Ulu Öndər Heydər Əliyevin siyasi irsinin və Prezident, YAP-ın sədri cənab İlham Əliyevin haqlı siyasətinin geniş kütlələr arasında təbliğində aktiv iştirak etmişlər.

Göstərilən diqqət və qayğıya görə Fərhad Həsənov, İlham Bayramov, Fərəh Hüseynova və Qasım Qasımov YAP Suraxanı rayon təşkilatına və onun sədri Vüqar Seyidova öz dərin minnətdarlıqlarını bildirmişlər. Yubilyarlar qeyd etmişlər ki, bundan sonra da dövlətimizə və doğma partiyamıza ləyaqətlə xidmət etməyə davam edəcəklər.

Paylaş