31.12.2022 – ci il tarixində Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatı və “Birlik” ictimai birliyinin təşkilatçılığı ilə Suraxanı rayon sakinləri olan bir qrup şəhid, qazi, müharibə veteranı və aztəminatlı ailəyə 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl münasibəti ilə bazarlıq üçün nəzərdə tutulmuş kuponlar təqdim olunmuşdur.
YAP Suraxanı rayon təşkilatının nümayəndəsi Fərəh Məcidzadə və “Birlik” ictimai birliyinin sədri Cəlil Xudiyev, idarə heyətinin üzvü Cəmilə Hüseynova yerli təşkilatın inzibati binasında bazarlıq üçün nəzərdə tutulmuş kuponları vətəndaşlara təqdim etmişlər.