YAP Suraxanı rayon təşkilatı şəhid Sənan Əhmədovun oğlunun doğum gününü təbrik edib
Canlarını, sağlamlıqlarını vətənin bütövlüyü uğrunda qurban verən vətənpərvərlərin əmanətləri olan ailələri, övladları unudulmur və onlar istər dövlət orqanları, istərsə də cəmiyyətimiz tərəfindən ali diqqət, sevgi və qayğı ilə əhatələnirlər.
Cənab Ali Baş Komandan İlham Əliyev tərəfindən “Vətən uğrunda” və “Füzulinin azad olunması” medalları ilə təltif olunmuş Azərbaycanın rəşadətli ordusunun qəhrəman hərbiçisi əsgər (MAHHXHQ) Sənan Qalasən oğlu Əhmədovun övladı Həmidin 9 yaşı tamam olur. Bu münasibətlə Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov şəhidin ailəsinə telefonla zəng edərək təbrik etmiş, şəhid ailəsinin qayğıları ilə maraqlanmış və doğum gününü qeyd edən balamıza yerli təşkilat adından hədiyyə göndərmişdir.
Telefon danışığı zamanı şəhid ailəsi üzvləri dövlət başçısı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə, Birinci vitse-prezident çox hörmətli Mehriban xanım Əliyevaya və Yeni Azərbaycan Partiyasına şəhid ailələrinə göstərdikləri diqqət, sevgi və qayğıya görə öz dərin minnətdarlıqlarını bildirmişlər.