YAP Suraxanı rayon təşkilatı şəhid Mahir Məmmədovun şəhadətinin ildönümü münasibəti ilə ailəsinə başsağlığı ünvanlayıb
19 oktyabr 2020-ci il tarixdə Suraxanı rayonu Qaraçuxur qəsəbəsi Yeni Günəşli yaşayış sahəsinin sakini olmuş Vətən Müharibəsi şəhidi Baş gizir Məmmədov Mahir Ağasəlim oğlu Füzuli uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur.
Bu gün şəhidimizin şəhadətinin birinci ildönümüdür. Şəhidimizin il mərasimi Xaçmaz rayonunda təşkil olunmuşdur. Şəhidimizin ailəsinə YAP Suraxanı rayonunun çoxminli üzvləri adından dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin!
Qeyd edək ki, şəhid Məmmədov Mahir Ağasəlim oğlu Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin müvafiq sərəncamları ilə “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.
Dərin hörmətlə,
YAP Suraxanı rayon təşkilatının sədri
Vüqar Seyidov