YAP Suraxanı rayon təşkilatı Beynəlxalq Gənclər Günü münasibəti ilə “Kino aylığı” adlı yeni layihəyə start vermişdir
12 Avqust Beynəlxalq Gənclər Günü münasibəti ilə Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının inzibati binasında bir qrup gəncin iştirakı ilə “Kino aylığı” adlı layihənin açılış mərasimi keçirilmişdir. Görüşdə YAP Suraxanı rayon təşkilatının sədr müavini Salman Əbdülov, Suraxanı Rayon Gənclər və İdman İdarəsinin rəisi Amil Bağırov, Suraxanı Gənclər Evinin direktoru Natavan Rüstəmova, Şəhid mayor Əsgərov Rüfətin atası Mürvət Əsgəro, Şəhid əsgər Cabarzadə Cavidin anası Almaz Cabarzadə, YAP Suraxanı rayon təşkilatının gəncləri iştirak etmişlər.
Tədbir Ulu Öndər Heydər Əliyevin və Vətən Müharibəsi şəhidlərinin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilmişdir.
YAP Suraxanı rayon təşkilatının sədr müavini Salman Əbdülov 12 Avqust Beynəlxalq Gənclər Günü münasibəti ilə gəncləri təbrik edərək bildirmişdir ki, Azərbaycanı gənclər ölkəsi, gəncləri isə Azərbaycanın gələcəyi adlandıran Ulu Öndər yetişməkdə olan gənc nəsilə qayğını hər zaman ön plana çəkmişdir. Məqsədi ölkənin gələcəyini etibarlı əllərə əmanət etmək idi və o, öz məqsədinə çatmışdır. Salman Əbdülov onu da xüsusi vurğulamışdır ki, bu gün Azərbaycan gəncləri öz inkişaflarının qızıl dövrlərini yaşamaqdadırlar. Son 18 ildə yetişmiş gənclər böyük qayğı və imkanlarla əhatə olunmuşlar. Ölkə Prezidenti, YAP-ın sədri cənab İlham Əliyev gənclərə etimad göstərir, gənclər də öz növbəsində Prezidenti dəstəkləyirlər. Qalib xalqın qalib nümayəndələri olan Azərbaycan gəncləri şanlı Zəfərin əldə olunmasında da tarixi rola malikdirlər.
Çıxış edən bütün natiqlər ifadə etmişlər ki, Dövlət Gənclər Siyasətinin həyata keçirilməsində Suraxanı rayon gənclərinin rolunu xüsusi vardır. O, öz əminliyini bildirmişdir ki, Suraxanı rayon gəncləri bundan sonra da həyata keçirilən tədbir və layihələrdə fəal iştirak edəcəklər.
Daha sonra YAP Suraxanı rayon təşkilatının start verdiyi “Kino aylığı” çərçivəsində ilk olaraq “Qızmar günəş altında” adlı Azərbaycan kinosu nümayiş olunmuşdur.
Sonda bir qrup gəncə YAP-ın üzvlük vəsiqələri təqdim olunmuşdur.