YAP Suraxanı rayon təşkilatı “Bahar Enerji” əməliyyat şirkətində görüş keçirmişdir
Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının “Bahar Enerji” əməliyyat şirkətində görüş keçirilmişdir. YAP üzvləri ilə görüşdə YAP Suraxanı rayon təşkilatının sədr müavini Salman Əbdülov və təşkilatın məsləhətçisi Fərəh Məcidzadə iştirak etmişlər.
Görüşü giriş sözü ilə açan “Bahar Enerji” əməliyyat şirkətinin Hüquq və korporativ məsələləri üzrə direktoru Əhmədiyyə Musayev YAP üzvlərini salamlayaraq təmsil etdiyi qurumda ideoloji işin gücləndirilməsi, səmərəliliyin artırılması ilə əlaqədar olaraq görülmüş, gələcək perspektivdə görüləcək işlər, eyni zamanda YAP Suraxanı rayon təşkilatının təlimatlarının icrası, yeni üzvlərin qəbulu, üzvlük haqlarının vaxtında ödənilməsinin təmin edilməsi, qeydiyyat - uçot işlərinin operativ və səmərəli aparılması, ideoloji işin məqsədyönlü qurulması, sosial şəbəkələrdə və dövrü mətbuatda partiya üzvlərinin fəallıqlarının artırılması ilə bağlı geniş məlumat verdi.
YAP Suraxanı rayon təşkilatının sədr müavini Salman Əbdülov “Bahar Enerji” əməliyyat şirkətində fəaliyyət göstərən YAP üzvlərinə gələcək fəaliyyətində uğurlar arzulayaraq demişdir ki, bu qurumda partiya işinin təşkili qənaətbəxşdir. Bundan sonra da ideoloji işin gücləndirilməsi, səmərəliliyinin artırılması və üzvlərin uçotunun operativliyi, dəqiqliyi diqqət mərkəzində saxlanılmalıdır. Yerli təşkilatın sədr müavini ölkədə baş verən ictimai-siyasi hadisələrə də münasibət bildirərək qeyd etmişdir ki, hər bir vətəndaş öz peşə fəaliyyəti ilə yanaşı ictimai fəaliyyətlə də yaxından məşğul olmalı, dövlətinə, xalqına töhfələr vermək üçün çalışmalıdır.
Daha sonra YAP Suraxanı rayon təşkilatnın təqdim etdiyi “Yaşıl Dünya Naminə Həmrəylik İli”nə həsr olunmuş “Göy Dəniz, Yaşıl Dağ, Güllü Diyar Mənimdir” adlı sənədli film görüş iştirakçılarına təqdimat edilmişdir. Sənədli film təbiətin qorunması sahəsində dövlətin və Yeni Azərbaycan Partiyasının həyata keçirdiyi səmərəli ictimai fəaliyyətdən bəhs edir.