YAP Suraxanı rayon təşkilatının və “Birlik” İctimai Birliyinin təşəbbüsü ilə iftar süfrəsi açılıb
9 mart 2026-cı il tarixdə YAP Suraxanı rayon təşkilatı, “Birlik” İctimai Birliyi və “Sapfir” restoranın birgə təşkilatçılığı ilə müqəddəs Ramazan bayramı münasibəti ilə iftar süfrəsi açılıb. Müqəddəs Ramazan ayında xalqımızın və dövlətimizin firavanlığı, əmin-amanlığı üçün dualar edilib. Azərbaycanın dövlət müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman vətən övladlarının ruhlarına dualar oxunub. İftar süfrəsində Suraxanı rayon sakinləri olan şəhid ailə üzvləri, qazilər, aztəminatlı ailələrin üzvləri və YAP Suraxanı rayon təşkilatın bir qrup fəalları və gəncləri iştirak etmişlər.
Səmimi mühitdə təşkil olunmuş iftar süfrəsində çıxış edən “Birlik” İctimai Birliyinin sədri Cəlil Xudiyev və YAP Suraxanı rayon təşkilatının məsləhətçisi Fərəh Məcidzadə bildirmişlər ki, xalqımız üçün milli-mənəvi dəyərə malik günlər ərəfəsində bir araya gəlib iftar süfrəsi ətrafında toplaşmaq milli birliyimizi və həmrəyliyimizi daha da gücləndirən amildir.