YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidovun iştirakı ilə ərazi partiya təşkilatında təmsil olunan üzvlərlə görüş keçirilmişdir

YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidovun iştirakı ilə  ərazi partiya təşkilatında təmsil olunan üzvlərlə görüş keçirilmişdir

Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının Bülbülə qəsəbəsi 3-cü Mədən küçəsi 31 ünvanında yerləşən ərazi partiya təşkilatında YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidovun, sədr müavini Salman Əbdülovun, ƏPT-nin sədri Səadət Məmmədovanın və digər üzvlərin iştirakı ilə YAP-ın Mərkəzi Aparatının təlimatları, yeni üzvlərin qəbulu, üzvlük haqlarının vaxtında ödənilməsinin təmin edilməsi, qeydiyyat-uçotun səmərəli aparılması, ideoloji işin məqsədyönlü qurulması, sosial şəbəkələrdə və dövrü mətbuatda partiya üzvlərinin fəallıqlarının artırılması ilə bağlı görüş keçirilmişdir.

Ərazi partiya təşkilatının sədri Səadət Məmmədova YAP üzvlərini salamlayaraq tədbiri açıq elan etdikdən sonra ƏPT-də son dövrlərdə görülən işlər haqqında ətraflı məlumat vermişdir. Səadət Məmmədova Ulu Öndər Heydər Əliyev irsinin öyrənilməsi, Azərbaycançılıq məfkurəsi kimi fundamental prinsiplər əsasında dahi şəxsiyyətin dövlətçilik siyasətinin təbliği və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fəaliyyəti və çoxşaxəli inkişaf strategiyası barəsində geniş nitq ilə çıxış etmişdir.

Ərazi partiya təşkilatının sədr müavini Yeganə Maqsudova çıxış edərək bildirdi ki, ƏPT-də statistika, uçot, qeydiyyatların vəziyyəti və təkmilləşdirilməsi işinə xüsusi diqqət yetirilir. ƏPT-nin üzvlərinin üzvlük haqlarının ödənilməsi işinin təmin edilməsi, Partiya sıralarına qəbul olunmaq istəyənlərlə fərdi söhbətlərin aparılması, onların partiyanın nizamnaməsi və proqramı ilə tanış edilməsi gündəlik fəaliyyətin əsas istiqamətləridir.

Bülbülə qəsəbəsi 3-cü Mədən küçəsi 31 ünvanında yerləşən ərazi partiya təşkilatında təmsil olunan üzv Mustafayeva Esmira da çıxış edərək demişdir ki, Azərbaycan cəmiyyətində baş verən hadisələrə, ictimai-siyasi proseslərə hər bir YAP üzvü öz vətəndaş mövqeyini bildirməli və dövlətçiliyimizi müdafiə etməlidir.

ƏPT-nin gənc üzvü Lalə Məmmədova çıxış edərək xüsusi qeyd etmişdir ki, YAP üzvü olmaqdan fəxarət hissi duymaqdadır. Lalə Məmmədova vurğulamışdır ki, YAP Suraxanı rayon təşkilatı tərəfindən təşkil olunan tədbirlər, layihələr, təlimlər rayon gənclərinin özlərini formalaşdırmasında böyük əhəmiyyətə malikdir

Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov təşkilatının Bülbülə qəsəbəsi 3-cü Mədən küçəsi 31 ünvanında yerləşən ərazi partiya təşkilatının üzvləri qarşısında ƏPT-lərdə ideoloji işin gücləndirilməsi, səmərəliliyinin artırılması ilə əlaqədar təsdiq olunmuş tədbirlər planının icrasının təmin olunması, Ulu Öndər Heydər Əliyev siyasi irsinin öyrənilməsi, onun dövlətçilik ənənələrinin təbliği, Azərbaycan Respublikasının Prezidenti, YAP-ın sədri cənab İlham Əliyevin fəaliyyətinin əhaliyə operativ, düzgün və əhatəli formada çatdırılmasının təşkili, YAP Suraxanı rayon təşkilatının maliyyə - uçot işinin təkmilləşdirilməsi, YAP Suraxanı rayon təşkilatının fəallarının dövrü mətbuatda və  sosial şəbəkələrdə aktivliklərinin  artırılması, təbliğat işinin gücləndirilməsi, ƏPT-lərdə üzvlərin, xüsusilə gənclərin fəallıqlarının artırılması, onların keçirilən tədbirlərdə iştiraklarının təmin olunması barədə ətraflı çıxış edərək öz tapşırıq və tövsiyyələrini görüş iştirakçılarının diqqətinə çatdırdı.

Sonda bir partiya üzvünə YAP-ın üzvlük vəsiqəsi təqdim olunmuşdur.