YAP Suraxanı rayon təşkilatının nümayəndələri Şəhid polkovnik-leytenant Rəşad Quliyevin qızı İncinin doğum günündə iştirak etmişlər

YAP Suraxanı rayon təşkilatının nümayəndələri Şəhid polkovnik-leytenant Rəşad Quliyevin qızı İncinin doğum günündə iştirak etmişlər

Azərbaycanın rəşadətli ordusunun qəhrəman zabiti, Suraxanı rayon sakini cənab Ali Baş Komandan İlham Əliyev tərəfindən “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda”, "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" və "Qubadlının azad olunmasına görə" medalları ilə təltif edilmiş şəhid polkovnik-leytenant Quliyev Rəşad Rəşid oğlunun qızı İncinin 8 yaşı tamam olur. Bu münasibət ilə Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri cənab Vüqar Seyidov və təşkilatın nümayəndələri ailəni ziyarət edərək, şəhidin övladını təbrik etmiş, doğum gününü qeyd edən balamıza hədiyyələr təqdim olunmuş, şəhid ailəsinin qayğıları ilə maraqlanılmışdır.

YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov bildirmişdir ki, Azərbaycan öz tarixi torpaqlarını canlarını vətən uğrunda qurban verən igid oğulları sayəsində düşmən tapdağından azad etmişdir. Vüqar Seyidov xüsusi vurğulamışdır ki, canlarını, sağlamlıqlarını vətənin bütövlüyü uğrunda qurban verən vətənpərvərlərin əmanətləri olan ailələri, övladları unudulmur və onlar istər dövlət orqanları, istərsə də cəmiyyətimiz tərəfindən ali diqqət, sevgi və qayğı ilə əhatələnirlər.

Sonda Şəhid ailəsi dövlət başçısı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə, Birinci vitse-prezident çox hörmətli Mehriban xanım Əliyevaya və Yeni Azərbaycan Partiyasına şəhid ailələrinə göstərdikləri diqqət, sevgi və qayğıya görə öz dərin minnətdarlıqlarını bildirmişlər.