YAP Suraxanı rayon təşkilatının nümayəndələri şəhid Polkovnik Babək Səmidlinin ailəsini ziyarət etmişlər
Azərbaycan öz tarixi torpaqlarını canlarını vətən uğrunda qurban verən igid oğulları sayəsində düşmən tapdağından azad etmişdir. Canlarını, sağlamlıqlarını vətənin bütövlüyü uğrunda qurban verən vətənpərvərlərin əmanətləri olan ailələri unudulmur və onlar istər dövlət orqanları, istərsə də cəmiyyətimiz tərəfindən ali diqqət, sevgi və qayğı ilə əhatələnirlər.
Cənab Ali Baş Komandan İlham Əliyev tərəfindən “Zəfər” ordeni, “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuş Polkovnik Səmidli Babək Mətləb oğlunun Suraxanı rayon Hövsan yaşayış kompleksində (MİDA) yaşayan ailəsini Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri cənab Vüqar Seyidov və rayon təşkilatının nümayəndələri ziyarət edərək, şəhid ailəsinin qayğıları ilə maraqlanmışlar.
Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri möhtərəm İlham Əliyevin və çox hörmətli Mehriban xanım Əliyevanın sosial yönümlü, vətəndaş mərkəzli siyasətindən söz açan YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov bildirmişdir ki, istər Vətən müharibəsi ərəfəsində, istərsə də post-müharibə dövründə xalqımız bir amal uğrunda, öz rəhbərinin ətrafında monolit şəkildə birləşməyi bacarmışdır. Vüqar Seyidov əlavə etmişdir ki, şəhidlərimiz vətən torpağına, ailələri isə bizlərə əmanətdir.
Sonda şəhidin ailəsi dövlət başçısı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə, Birinci vitse-prezident çox hörmətli Mehriban xanım Əliyevaya və Yeni Azərbaycan Partiyasına şəhid ailələrinə göstərdikləri diqqət, sevgi və qayğıya görə öz dərin minnətdarlıqlarını bildirmişlər.