YAP Suraxanı rayon təşkilatının nümayəndələri Şəhid Muxtar Qasımlının doğum günü münasibəti ilə təşkil olunmuş anım mərasimində iştirak etmişlər

YAP Suraxanı rayon təşkilatının nümayəndələri Şəhid Muxtar Qasımlının doğum günü münasibəti ilə təşkil olunmuş anım mərasimində iştirak etmişlər

23 fevral Qasımlı Muxtar Əli oğlunun doğum günüdür. 23.02.2022 – ci il tarixdə  öncə şəhid Muxtar Qasımlının Xəzər rayonu Qala  qəsəbəsi Şəhidlər Xiyabanındakı əbədi istirahətgahı ziyarət edilmiş, məzarı üzərinə güllər düzülmüş və dualar oxunmuşdur. Daha sonra doğum günü münasibəti ilə  Suraxanı rayonu sakini, Vətən Müharibəsi şəhidi əsgər Qasımlı Muxtar Əli oğlunun məzunu olduğu Suraxanı rayonu 318 nömrəli tam orta məktəbin kollektivinin təşkil etdiyi anım mərasimi keçirilmişdir.

Tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, Milli Məclisin deputatı Etibar Əliyev, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, digər rəsmi şəxslər, şəhid ailələri, qazilər, qəsəbə sakinləri və şəhidin doğmaları iştirak etmişlər.

Suraxanı RİH-nin başçısı Əziz Əzizov, YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov Milli Məclisin deputatı Etibar Əliyev, Baş İdarə rəisi Raqif Abbasov şəhid Muxtar Qasımlının ailəsinin qayğıları ilə maraqlanmış, şəhidimizin əziz xatirəsini bir daha yad edərək Allahdan rəhmət diləmişlər.

Qeyd edək ki, şəhid əsgər Qasımlı Muxtar Əli oğlu Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin müvafiq sərəncamları ilə “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.

Göstərilən diqqət və qayğıya görə şəhidin ailə üzvləri cənab Prezident İlham Əliyevə, Birinci vitse-prezident çox hörmətli Mehriban xanım Əliyevaya və Yeni Azərbaycan Partiyasına öz dərin minnətdarlıqlarını bildirmişlər.