YAP Suraxanı rayon təşkilatının ərazi partiya təşkilatlarında seçki iclasları keçirilir

YAP Suraxanı rayon təşkilatının ərazi partiya təşkilatlarında seçki iclasları keçirilir

Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının Əmircan qəsəbəsi Şamil Məhərrəmov küçəsi 1 ünvanında yerləşən ərazi partiya təşkilatında yerli təşkilatın sədr müavini Salman Əbdülovun iştirakı ilə iclas keçirilmişdir.


Ərazi partiya təşkilatının sədri Züleyxa Səmədova YAP üzvlərini salamlayaraq iclası açıq elan etdikdən sonra ƏPT-də son dövrlər ərzində görülən işlər haqqında ətraflı məlumat vermişdir. Daha sonra bildirmişdir ki, bugünkü iclasın gündəliyində bir məsələ - ƏPT-nin sədr müavininin seçilməsi məsələsi nəzərdə tutulmuşdur. Züleyxa Səmədova ƏPT-nin sədr müavini Tünzalı Kərimovanın öz xahişi ilə vəzifəsindən azad olunması ilə bağlı müraciət etdiyini nəzərə çatdırdı. Züleyxa Səmədova ƏPT-nin sədr müavini vəzifəsinə Qızxanım Rəhmanovanın namizədliyini irəli sürmüş və bu təklifə səsvermə ilə münasibət bildirilməsini xahiş etdi. ƏPT-də təmsil olunan üzvlərin səsverməsi nəticəsində Qızxanım Rəhmanova sədr müavini seçilmişdir.


Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədr müavini Salman Əbdülov çıxış edərək bildirmişdir ki, Əmircan qəsəbəsi Şamil Məhərrəmov küçəsi 1 ünvanında yerləşən ərazi partiya təşkilatında partiya işinin təşkili qənaətbəxşdir. Bundan sonra da ideoloji işin gücləndirilməsi, səmərəliliyinin artırılması və üzvlərin uçot qeydiyyatlarının operativliyi, dəqiqliyi diqqət mərkəzində saxlanılmalıdır.

Sonda ƏPT üzvləri tərəfindən verilən suallar cavablandırılmışdır.