YAP Suraxanı rayon təşkilatına şəhid anasının etdiyi müraciət öz müsbət həllini tapmışdır
Şəhid Əsgərov Rüfət Qabil oğlunun anası Aynur İbrahimova Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyiodova müraciət edərək bildirmişdir ki, yaşadığı küçədə küçə işıqları yoxdur. Gediş-gəlişin olduğu küçədə axşamlar hərəkət etmək mümkünsüzdür. Dəfələrlə aiddiyyatı orqanlara məsələ ilə bağlı müraciət edilməsinə baxmayaraq məsələ hələ də öz həllini tapmamışdır. YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov məsələni şəxsi nəzarətinə götürərək Bakı Şəhər İcra Hakimiyyətinin Bakı Şəhəri İşığı Elektrik Şəbəkə Müəssisəsinə şəhid anasının xahişinin müsbət həllini tapması üçün müraciət etmişdir.
15.02.2022 –ci il tarixində YAP Suraxanı rayon təşkilatının, Bakı Şəhər İcra Hakimiyyətinin Bakı şəhəri İşığı Elektrik Şəbəkə Müəssisəsinin və şəhid ailəsinin nümayəndələrinin birgə iştirakı ilə məsələ yerində araşdırılaraq öz müsbət həllini tapmışdır. Bakı Şəhər İcra Hakimiyyətinin Bakı şəhəri İşığı Elektrik Şəbəkə Müəssisəsinin nümayəndələri bildirmişlər ki, qısa zaman ərzində əraziyə işıq dirəkləri quraşdırılaraq elektrik enerjisi veriləcəkdir.
Göstərilən diqqət və qayğıya görə şəhidin anası Aynur İbrahimova cənab Prezident İlham Əliyevə, Birinci vitse-prezident çox hörmətli Mehriban xanım Əliyevaya və Yeni Azərbaycan Partiyasına öz dərin minnətdarlığını bildirmişdir.