YAP Suraxanı rayon təşkilatı yerlərdə səyyar görüşlərə davam edir
Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov Əmircan qəsəbəsi Zülal Tağıyev küçəsi 14 ünvanında bir qrup fəal partiya üzvü və sakinlərlə görüşüb. Görüşdə YAP Suraxanı rayon təşkilatının sədr müavini Salman Əbdülov, Əmircan Bələdiyyəsinin sədri Cəmilə Ağayeva, Əmircan qəsəbəsində yaşayan, fəaliyyət göstərən vətəndaşlar, partiya veteranları, gənclər və fəallar iştirak etmişlər.
Səmimi mühitdə keçən görüşdə çıxış edən YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov 2020-ci ildə əldə olunmuş Zəfər bayramımız, son antiterror əməliyyatlarında əldə olunmuş uğurlu nəticələri, Şəhid ailələri, qazilər və həssas təbəqədən olan vətəndaşlarla səmərəli işin təşkili, son illər ərzində YAP-da islahatların aparılması, 5 mart 2021-ci il tarixdə keçirilmiş YAP-ın 7-ci Qurultayı və ondan sonra qarşıya qoyulmuş hədəflər, Azərbaycan Respublikasının Prezidenti, YAP sədri cənab İlham Əliyevin fəaliyyəti və çoxşaxəli inkişaf siyasəti, eləcə də onun real nəticələri haqqında sakinlərə və partiya üzvlərinə geniş məlumat vermiş və qarşılıqlı fikir mübadiləsi aparılmışdır.
Görüş zamanı çıxış edən partiya üzvləri və sakinlər hamılıqla ölkə başçısının siyasətini nəinki dəstəklədiklərini, hətta öz rəhbərləri ilə qürur duyduqlarını ifadə etmişlər. Daha sonra partiya üzvlərini maraqlandıran suallara cavab verilmiş, qarşıda duran məsələlər müzakirə edilərək səsləndirilən təkliflər dinlənilmişdir.
Sonda yerli təşkilatın rəhbərliyi tərəfindən bildirilmişdir ki, müxtəlif ünvanlarda YAP üzvləri və sakinlərlə səyyar görüşlərin keçirilməsi davam edəcəkdir.