YAP Suraxanı rayon təşkilatı tərəfindən gənclər daim diqqətdə saxlanılır

YAP Suraxanı rayon təşkilatı tərəfindən gənclər daim diqqətdə saxlanılır

Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının inzibati binasında Suraxanı rayon məktəblərinin məzunu olmuş və ali təhsil alan iki gənclə ayrı-ayrılıqda, fərdi görüşlər keçirilmişdir. Gənclərin müraciət və təəşşəbüsləri, YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidovun dəvəti ilə baş tutan görüşlərdə Milli Aviasiya Akademiyası tələbəsi Məhəmmədəli İsmayılov və Azərbaycan Rəssamlıq Akademiyasının tələbəsi Gülcan Rəhimli iştirak etmişlər.

Səmimi mühitdə keçən görüşlər zamanı gəncləri salamlayan Vüqar Seyidov bildirmişdir ki, Yeni Azərbaycan Partiyasında gənclərə qarşı xüsusi diqqət var. Bu tendensiya YAP Suraxanı rayon təşkilatı tərəfindən də uğurla davam etdirilir. Prezident cənab İlham Əliyevin və çox hörmətli Mehriban xanım Əliyevanın gənclərə münasibətinin etalon olduğunu vurğulayan yerli təşkilatın sədri gənclər üçün bütün lazımi şəraitin yaradıldığını xüsusi qeyd etmişdir. YAP Suraxanı rayon təşkilatının çoxminli üzvləri adından hər iki gəncə noutbuk hədiyyə edən Vüqar Seyidov onlara gələcək təhsil və ictimai həyatlarında, fəaliyyətlərində uğurlar arzulamışdır.

Qeyd edək ki, Azərbaycan Rəssamlıq Akademiyasının tələbəsi Gülcan Rəhimli Vətən müharibəsi iştirakçısı, qazi Rafiq Rəhimlinin qızıdır.

Qəbula və qiymətli hədiyyəyə görə YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidova öz dərin minnətdarlıqlarını bildirən hər iki gənc bundan sonra da təhsildə daha böyük uğurlar əldə etmək və ictimai həyatda fəal olmaq üçün çalışacaqlarına söz verdilər.

Sonda xatirə şəkili çəkdirilmişdir.