YAP Suraxanı rayon təşkilatı “Birlik” ictimai birliyi ilə birgə Şəhid və Qazi övladlarına həsr olunmuş xeyriyyə tədbiri təşkil etmişlər

YAP Suraxanı rayon təşkilatı “Birlik” ictimai birliyi ilə birgə  Şəhid və  Qazi  övladlarına həsr olunmuş xeyriyyə tədbiri təşkil etmişlər

07.11.2022–ci il tarixində uşaqların və yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkil olunması məqsədi ilə Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatı və “Birlik” ictimai birliyinin təşkilatçılığı ilə Suraxanı rayon sakinləri olan bir qrup şəhid, qazi, müharibə veteranı və aztəminatlı ailənin övladlarına " 8 Noyabr-Zəfər Günü" münasibəti ilə xüsusi əyləncəli proqram hazırlanmışdır. Öncə uşaqlar və yeniyetmələr onlar üçün hazırlanmış musiqili nahara dəvət olunmuş və onlara hədiyyələr təqdim edilmişdir. Daha sonra qonaqlar kinozalda uşaqlar üçün çəkilmiş animasiya filminə tamaşa etmişlər.

Sonda YAP Suraxanı rayon təşkilatının nümayəndəsi Fərəh Məcidzadə xeyriyyə aksiyası ilə bağlı müsahibə vermişdir.