YAP Salyan rayon təşkilatının sədr müavini yol qəzasında dünyasını dəyişib

YAP Salyan rayon təşkilatının sədr müavini yol qəzasında dünyasını dəyişib

Sabirabad rayonunda ölümlə nəticələnən zəncirvarı yol qəzası baş verib.

Hadisə Sabirabadın Qaragüney kəndində, Şirvan-Salyan magistralında qeydə alınıb.

"Mercedes" markalı minik və yük maşınlarının, “VAZ-2107” markalı minik avtomobilinin toqquşması nəticəsində 1 nəfərin hadisə yerində öldüyü, 6 nəfərin xəsarət aldığı bildirilir. Xəsarət alanlar Şirvan şəhər xəstəxanasına yerləşdirilib. Zəncirvarı yol qəzasında ölən şəxsin kimliyi məlum olub. Qəzada ölən şəxs Salyan sakini, 1990-cı il təvəllüdlü Fazil Sabir oğlu Məhərrəmovdur. O, YAP Salyan rayon təşkilatının sədr müavini idi.

Faktla bağlı araşdırma aparılır.