YAP-Azərbaycanı yeni zirvələrə aparan partiya
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədr müavini
Suraxanı rayonu, 268 saylı uşaq bağçası və körpələr evinin müdiri
Şərəfli və zəngin yol keçmiş Yeni Azərbaycan Partiyası fəaliyyətinin 31 illiyini ərazi bütövlüyünü təmin etmiş, dünyanın qüdrətli dövlətləri ilə bir sırada dayanan ölkənin partiyası olaraq, böyük qürur hissi ilə qeyd edir. Yeni Azərbaycan Partiyası zamanın bütün sınaqlarından uğurla çıxmış, xalqımızın və vətənimizin mənafeyi naminə fəaliyyət göstərərək böyük siyasi qələbələr qazanmışdır. Müzəffər liderlə Azərbaycanı yeni zirvələrə aparan güclü Yeni Azərbaycan Partiyası Heydər Əliyevin ideyalarına sadiq qalaraq, Azərbaycanın modernləşmə yolu ilə inkişafını, xalqımızın xoşbəxt və firavan həyat şəraitində yaşamasını təmin etməyi əsas amallardan biri kimi qarşısına qoyub.
Partiyamız bundan sonra da müasir, zəngin və qüdrətli Azərbaycanın tərəqqisi naminə bütün gücünü səfərbər edəcək, yorulmadan, əzm və sədaqətlə qarşıya qoyulan məqsəd və vəzifələri həyata keçirəcəkdir. Bu gün qüdrətli ictimai – siyasi təşkilat olan YAP, Prezident cənab İlham Əliyevin qətiyyətli siyasi liderliyi, dönməz iradəsi ilə bütövləşən Azərbaycanın daha güclü və sabit dövlət olması, vətəndaş rifahının daha da yaxşılaşdırılması naminə ulu öndər Heydər Əliyevin müdrik ideyalarını sədaqətlə həyata keçirməkdədir.
Bu gün xalqımız YAP-ın yaradılmasının 31-ci ildönümünü partiya üzvləri ilə birlikdə qürur və təntənə ilə qeyd edir. Müasir, müstəqil Azərbaycanın tərəqqisi, möhtəşəm tarixi nəaliyyətlər qazanaraq güclü dövlətə çevrilməsi Yeni Azərbaycan Partiyası ilə bilavasitə bağlıdır. YAP ötən 30 il ərzində nümunəvi, zəngin və şərəfli inkişaf yolu keçmişdir. YAP qalib xalqımızın Zəfər partiyasıdır.
Qalib xalqın lideri, müzəffər Ali Baş Komandan , Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edən YAP sabah da taleyüklü məsələlərin həllində və tarixi məsuliyyət anlarında öz sözünü deyəcək!