Xəzər Neft və Qaz Sərgisi müasir Azərbaycanın enerji inkişafının təməlini qoydu
Elburus Xəlilov
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
Suraxanı RİHB-nın Zığ QİƏD üzrə nümayəndəliyinin baş məsləhətçisi
Azərbaycanın yürütdüyü enerji siyasəti bir çox dövlətlər üçün uğurlu nümunə sayıla bilər. Son illərdə Avropanın enerji mənbələrinin şaxələndirilməsinə olan ehtiyacının artması fonunda Azərbaycanın rolu daha da əhəmiyyətli olub. Cənub Qaz Dəhlizi, TANAP və TAP kimi layihələr yalnız iqtisadi layihələr deyil, həm də enerji təhlükəsizliyi layihələridir. Azərbaycan artıq bir sıra Avropa ölkələrinin enerji təhlükəsizliyinin təmin olunmasında vacib tərəfdaşlardan birinə çevrilib. Ölkəmizin təşəbbüsü və liderliyi ilə reallaşan enerji layihələri regionda sabitliyin möhkəmlənməsinə, dövlətlər arasında qarşılıqlı asılılığın və əməkdaşlığın genişlənməsinə xidmət edir. Azərbaycanın enerji diplomatiyası göstərir ki, təbii sərvətlər yalnız iqtisadi qazanc mənbəyi deyil, eyni zamanda beynəlxalq əməkdaşlıq, sabitlik və təhlükəsizlik amilidir.
Bu, ilk növbədə Azərbaycanın beynəlxalq enerji siyasətində qazandığı etimadın, ölkəmizin qlobal enerji təhlükəsizliyinin təmin olunmasında oynadığı rolun və strateji tərəfdaş kimi nüfuzunun göstəricisidir. Dünyanın aparıcı siyasi liderlərinin Bakı Enerji Həftəsi kimi platformaya diqqət ayırması Azərbaycanın enerji sahəsində təkcə regional deyil, qlobal əhəmiyyət daşıyan aktora çevrildiyini təsdiqləyir. Bu müraciətlər həm də onu göstərir ki, beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş statusu əldə etmiş Azərbaycan müxtəlif geosiyasi mərkəzlərlə qarşılıqlı maraqlara əsaslanan əməkdaşlıq modelini uğurla qurub.
Azərbaycanın mövcud qaz ehtiyatları, ən azı, növbəti yüz il ərzində həm ölkənin, həm də tərəfdaşlarının tələbatını ödəməyə kifayət edəcək. Prezident Azərbaycanın emal sənayesində yüksək dərəcədə şaxələndirilmiş imkanlar yaratdığını da vurğulayıb:"Bu gün SOCAR-ın neft emalı gücü 30 milyon tondan artıqdır. Bu yaxınlarda "Italiana Petroli"nin satın alınması nəticəsində Aralıq dənizi hövzəsindəki emal gücümüz 13 milyon tondan 23 milyon tona yüksəlmişdir. Beləliklə, biz yalnız neft və qaz deyil, həm də neft məhsullarını təchiz edirik. Bununla yanaşı, elektrik enerjisi, neft-kimya məhsulları və bərpaolunan enerji sahəsində də ixrac imkanlarımız mövcuddur. Bu istiqamət fəaliyyətimizin əsas prioritetlərindən biridir. Artıq qeyd etdiyim kimi, ölkələr sahib olduqları neft ehtiyatlarına əsasən deyil, həmin resurslardan əldə olunan gəlirləri necə idarə etdiklərinə və bərpaolunan enerjiyə necə sərmayə yatırdıqlarına görə qiymətləndirilməlidirlər".
Dünya qazıntı yanacağı olmadan yaşaya bilməz.” Dövlətimizin başçısı, həmçinin vurğulayıb ki, hamımız planeti xilas etmək üçün daha yaxşı bir iqlimə sahib olmaq istəyirik. Hamımız daha yaxşı bir mühitdə yaşamaq istəyirik. Bu gün Cənub Qaz Dəhlizi və onun genişləndirilmiş marşrutları vasitəsilə Azərbaycanın qazı 16 ölkəyə çatdırılır. Bu ölkələrin hər biri ilə danışıqlar aparmışıq, sazişlər imzalamışıq, fikir ayrılıqlarını aradan qaldırmışıq və imzalanma mərasimləri təşkil etmişik. Nəticədə geniş mənada regional əməkdaşlığın çoxşaxəli və əhatəli formatı meydana gəlmişdir. Bu prosesdə aparıcı qüvvə yenə də Azərbaycan olmuşdur. Bu, bizim resurslarımız idi. Bu, bizim təşəbbüslərimiz idi. Əsas etibarilə, məhz bizim investisiyalarımız bu geniş əməkdaşlıq formatının yaranmasını təmin etmişdir.
Şərq–Qərb nəqliyyat dəhlizi, digər adı ilə Orta Dəhliz və ya Transxəzər Beynəlxalq Şərq–Qərb nəqliyyat dəhlizi, digər adı ilə Orta Dəhliz və ya Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM), Çin, Orta Asiya, Cənubi Qafqaz, Türkiyə və Avropa İttifaqı ölkələri arasında yükdaşımaların təşkili baxımından mühüm strateji əhəmiyyətə malikdir. Bu dəhliz dəmir yolu, dəniz və avtomobil nəqliyyatı infrastrukturunu birləşdirən inteqrə edilmiş multimodal nəqliyyat sisteminə əsaslanır.
Orta Dəhlizin əsas üstünlükləri sırasına daha qısa məsafə və tranzit vaxtı, siyasi baxımdan daha sabit marşrut, texnoloji baxımdan müasirləşdirilmiş infrastruktur və yüksək dəyərə malik, vaxt baxımından həssas yüklər üçün optimal seçim olması daxildir. Bu xüsusiyyətlər Orta Dəhlizi yalnız alternativ marşrutlara rəqib deyil, həm də Avrasiya üzrə dayanıqlı və səmərəli yükdaşımaları təmin edən aparıcı nəqliyyat dəhlizlərindən birinə çevirir.
Dəhlizin dəmir yolu seqmenti təqribən 4,256 km məsafəni əhatə edir və Çin, Qazaxıstan, Azərbaycan və Gürcüstan ərazisindən keçir. Xəzər dənizi üzərindən keçən dəniz seqmenti isə (təqribən 508 km) Türkmənbaşı, Kuryk və Aktau limanlarını Bakı Limanı ilə birləşdirir. Azərbaycan üçün strateji əhəmiyyətə malik digər layihə Zəngəzur dəhlizidir. Bu dəhliz Azərbaycanın qərb rayonlarını Naxçıvan Muxtar Respublikası ilə birləşdirən yeni dəmir yolu və avtomobil yolu infrastrukturunun yaradılmasını nəzərdə tutur və nəticə etibarilə Türkiyə və Avropa bazarlarına birbaşa çıxışı təmin edəcək.
Zəngəzur dəhlizi Orta Dəhlizin diversifikasiyasına və regionda alternativ nəqliyyat marşrutlarının formalaşmasına töhfə verəcək. Həmçinin bu dəhliz regionda siyasi, iqtisadi və logistik sabitliyin möhkəmlənməsində mühüm rol oynayacaq. Dəhlizin istismara verilməsi yükdaşımaların müddət və məsafə baxımından optimallaşdırılmasına, marşrutların çevikliyinin artırılmasına şərait yaradacaq.