Xəzər dənizinin hüquqi statusuna tarixi əhəmiyyət kəsb edir

Xəzər dənizinin hüquqi statusuna tarixi əhəmiyyət kəsb edir

İmmi Ələkbərova 

Suraxanı Tibb Mərkəzinin direktor müavini 

YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri

Xəzəryani ölkələr arasında dostluq və mehribanlıq Xəzər dənizində sabitliyin və təhlükəsizliyin mühüm amilidir. Xəzər dənizinin hüquqi statusuna dair 2018-ci ildə Aktauda imzalanmış konvensiya tarixi əhəmiyyət kəsb edir. Çoxillik iş nəticəsində imzalanmış bu sənəd Xəzərin hüquqi statusunu müəyyən edib. Konvensiyanın tezliklə qüvvəyə minməsi dövlətimizin bundan sonrakı hərtərəfli qarşılıqlı fəaliyyətinə və əməkdaşlığına  yönəlmiş daha təsirli tədbirlər görülməsi üçün möhkəm hüquqi zəmi  yaradacaq.

Xəzəryanı dövlətlərin əməkdaşlığına yönəlmiş daha təsirli tədbirlər görülməsi üçün möhkəm hüquqi zəmin yaradacaq. Xəzəryani dövlətlərin əməkdaşlığının müqavilə hüqauqi bazası möhkəmlənir. Təhlükəsizlik, hidrometiriologiya, nəqliyyat,suyun bioloji ehtiyatlarının qorunub saxlanması və səmərəli istifadəsi fövqəladə halların qarşısının ha belə qarşılıqlı maraq doğuran başqa sahələrdə sazişlər imzalanıb və qüvvəyə minib.

Xəzər dənizinin dibinin sərhədləri barədə ikitərəfli və çoxtərəfli formatlarda hüquqi cəhətdən məcburi sazişlər bağlanıb.   Xəzəryani ölkələr arasında dostluq və mehriban qonşuluq münasibətləri o çümlədən BMT, ATƏT, İslam Əməkdaşlığı Təşkilatı,Türk Dövlətləri Təşkilatı, MDB və İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində ikitərəfli və çoxtərəfliəməkdaşlıq Xəzər dənizində sabitliyin və təhlükəsizliyin mühüm amilidir.

Ölkələr arasında qarşılıqlı fəaliyyət mühüm əhəmiyyət kəsb edir və bu özündə önəmli meyarları əks etdirir.Qarşılıqlı fəaliyyətinəsasını bütün tərəflərin mənafelərinin nəzərə alınması, Xəzəryani dövlətlərin suverenliyinə hörmət və bir-birinin daxiliişlərinə qarışmamaq təşkil edir.

Xəzər dənizi regionu xalqlarının rifahının yüksəlməsinə yönəlmiş bir çox beynəlxalq və regional layihələrin mühüm tərkib hissəsidir. Qarşılıqlı faydalı iqtisadi əməkdaşlığın inkişafı və təhlükəsizlek kommunikasiyalarının qurulması, yüksək rentabelli və ekoloji təmiz texnologiyaların cəlb edilməsi üçün nəqliyyat xidmətlərinin  keyfiyyətinin yaxşılaşdırılması əməkdaşlığın mühüm istiqamətidir.  

Ölkəmiz şərq-qərb və şimal-cənub beynəlxalq nəqliyyat dəhlizlərin inkişafında mühüm rol oynayır. Azərbaycan Transxəzər beynəlxalq nəqliyyat marşrutunun səmərəli istifadısinə səy göstərir. Azərbaycan Xəzər dənizinin ekoloji problemlərinin həlli üçün əməkdaşlığın genişləndirilməsində maraqlıdır. Xəzərin bioloji su ehtiyyatlarınınqorunub saxlanması və səmərəli istifadəsi üzrə komissiya cərcivəsində Xəzəryani dövlətlərin uğurlu qarşılıqlı fəaliyyəti davam edir.