Xankəndi şəhərində ucaldılan Şanlı Bayraq dostda güvən, düşməndə qorxu hissi yaradır
Vaqif Qurbanov
YAP Suraxanı rayon təşkilatının fəal üzvü, hərbi ekspert
30 ilə yaxın işğal altında qalan torpaqlarımımz əsl sahiblərinin bu yerlərə qayıdacağı günü həsrətlə gözləyirdi. Sanki, bu həsrətin bir an bitməsi üçün yerdə, göydə dilə gəlib yalvararaq dua edirdi. Çünki, o torpaqlardakı evlər və tarixi abidələrimiz xarabalıqlara çevrilir, təbii sərvətlərimiz isə düşmən tərəfindən acgözlüklə istismar olunurdu. Dünya ictimaiyyəti baş verən bu hadisələrə biganə yanaşırdı. Əfsuslar olsun ki, bu hal bu günə qədər davam etməkdədir. Bu xalqımıza qarşı ədalətsizlik, dövlətimizin isə ərazi bütövlüyünün pozulması demək idi. Xalqımız qarşılaşdığı çətinliklərə baxmayaraq bir an belə doğma yurduna qayıdacağı ümidini itirməmişdir. “Qarabağ məsələsi” xalq üçün, dövlət üçün artıq milli qürur məsələsinə çevrilmişdir. Azərbaycan xalqının mübarizliyini və vətənə bağlılığını yüksək qiymətləndirən Ulu Öndər Heydər Əliyev öz çıxışında əminliklə qeyd edərək bildirmişdir ki,bir vaxt gələcək hər kəs öz doğma torpaqlarına qayıdacaqdır.
Güclü dövlət, güclü ordu, güclü iqtisadiyyat strategiyasına daim əməl edən Ulu Öndər Heydər Əliyevin siyasətinin əsasını daxili sabitliyin və ərazi bütövlüyünün təmin olunması təşkil edirdi. Torpaqlarımız işğal altında olsa da Ulu Öndər Heydər Əliyev siyasi ideoloji, hərbi diplomatik təbliğatı dayandırmır və ölkədə ictimai – siyasi sabitliyi bərpa edirdi. Bu ənənə Ulu Öndər Heydər Əliyevin siyasi varisi olan Prezident cənab İlham Əliyev trəfindən də uğurla davam etdirilirdi. Aparılan uğurlu daxili və xarici siyasətin nəticəsində ölkə zəif bir dövlət vəziyyətindən çıxaraq regional güc mərkəzinə çevrilmişdir.
Ulu Öndər, Prezident cənab İlham Əliyevin siyasi bacarığına inanırdı. Və inanırdı ki, o öz qətiyyətliliyi, siaysi bacarığı ilə qarşıya qoyulan müqəddəs vəzifənin öhdəsindən layiqincə gələcəkdir. Ulu Öndər Heydər Əliyev xalqa müraciəti zamanı qeyd edərək bildirmişdir ki, mənim başa çatdıra bilmədiyim bütün işləri İlham Əliyev başa çatdıracaqdır. Həqiqətən də hər şey Ulu Öndər Heydər Əliyevin düşündüyü kimi oldu.
Hakimiyyətə gəldiyi ilk gündən Şanlı Azərbaycan Bayrağının işğal olunmuş bütün ərazilərdə qaldırılmasını özünə bir prioritet olaraq seçən Prezident cənab İlham Əliyevin qarşısında çətin və şərəfli bir vəzifə dururdu. Bu vəzifənin öhdəsindən gəlmək Prezident cənab İlham Əliyev üçün həm milli qürur məsələsi, həm də ata vəsiyyəti idi. “Qarabağ Azərbaycandır” şüarı ilə başladığımız haqq savaşı, Prezident İlham Əliyevin qətiyyəti, iradəsi, əzmi və ordumuzun gücü sayəsində Tarixi Zəfərin qazanılması Ulu Öndər Heydər Əliyevin etimad göstərməkdə yanılmadığının və bir daha haqlı olduğunun bariz göstəricisidir.
Biabırcasına məğlub olan düşmən kapituluasiya aktını imzalamağa məcbur oldu. Qazanılan bu qələbə nəticəsində Ermənistan tərəfindən işğal olunmuş torpaqlarda dövlətimizin nəzarəti bərpa olundu. Ancaq hələ də bu torpaqlarda qanunsuz silahlı terror qruplaşmaları mövcud idi. Onlar tərəfindən mövqelərimiz intensiv olaraq atəşə tutulur və bəzi hallarda isə mina terroru həyata keçirilirdi. Azərbaycan tərəfi ermənilərə vətəndaşlığı qəbul etmək şərti ilə həyati təhlükəsizliyin təminatçısı olmağa hazır olduğunu dəfələrlə bəyan etsədə onlar hələ də xam xəyallarla yaşamağa davam etməklə öz çirkin əməllərindən əl çəkmirdilər.
Sentyabr ayının 19-da qanunsuz erməni silahlı birləşmələrinin kəşfiyyat diversiya qrupu tərəfindən Əhmədbəyli – Füzuli – Şuşa yolunda törədilən mina terroru nəticəsində hərbi qulluqçuların və mülki vətəndaşların həlak olması həm dövlətin, həm də xalqın səbrini daşıran hadisə idi. Nəticədə qanunsuz silahlı terror qruplaşmalarına qarşı lokal xarakterli antiterror əməliyyatın keçirilməsi qaçınılmaz oldu.
24 saat davam edən antiterror əməliyyatı zamanı ordumuzun dəqiq atəşinə tab gətirə bilməyəcəyini anlayan qondarma hökümətin nümayəndələri azərbaycan tərəfinin tələblərini heç bir şərt qoymadan qəbul edəcəklərini və Yevlax rayonunda görüşün keçirilməsinə razı olduqlarını bəyan etdilər. Bununlada onların dövlət qurma arzuları Prezident cənab ilham Əliyevin apardığı dahiyanə siyasətin nəticəsində əbədiyyətə qovuşmuş oldu . Bu gün Azərbaycan Bayrağı işğaldan azad olunmuş bütün torpaqlarda fəxrlə dalğalanır.
Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyev oktyabrın 15–də Xankəndi şəhərində Azərbaycan Bayrağnı ucaldıb. Sonra bu tarixi günlə əlaqədar çıxış etmişdir. Çıxışı zamanı xalqımızı təbrik etmiş və bu qələbənin əldə olunmasında ordumuzun mühüm rol oynadığını qeyd edərək demişdir ki, bu gün tarixi bir gündür. Bu gün Xankəndi şəhərinin mərkəzi meydanında Azərbaycan Bayrağı qaldırıldı. Bu münasibətlə Azərbaycan xalqını təbrik edirəm.Ordumuzu gücləndirmək işində yorulmadan çalışdıq. Elə bir güclü ordu yaratdıq ki, bu gün Azərbaycan Silahlı Qüvvələri istənilən vəzifəni şərəflə yerinə yetirə bilər və biz bunu döyüş meydanında sübut etdik, həm üç il bundan əvvəl Vətən müharibəsi dövründə cəmi 44 gün ərzində düşməni kapitulyasiya aktına imza atmağa məcbur etdik, eyni zamanda keçən ay cəmi 23 saat davam edən antiterror əməliyyatı bizim gücümüzü göstərdi və yenə də düşmən ağ bayraq qaldıraraq təslim oldu. Biz haqlı olaraq Silahlı Qüvvələrimizlə fəxr edirik.
Bu gün Azərbaycan ordusu regionda ən güclü ordudur. Xankəndi şəhərində ucaldılan Şanlı Bayraq dostda güvən, düşməndə qorxu hissi yaradır. Xankəndi şəhərində qaldırılan Azərbaycan Bayrağı ədalətin və milli qürurumuzun simvoludur. Dövlətin güclü olması üçün güclü Lideri olmalıdır. Güclü Lideri güclü xalq çıxarır.
Bu bayrağn mavi səmada fəxarət hissi ilə dalğalanmağa haqqı var. Çünki onun daim milli mənafeyi hər şeydən üstün tutan qətiyyəti, uzaqgörənliyi və dahiyanə siyasəti ilə dünyanı heyran qoyan Prezident cənab İlham Əliyev kimi bir Lideri, yenilməz ordusu və qəhraman xalqı vardır.
Biz xalq olaraq inanırıq ki, dövlətimiz Prezident İlham Əliyevin başçılığı ilə daha neçə uğurlara imza atacaq. Bu gün dövlətimizin Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə qazandığı uğurların təməlində Ulu Öndərin əbədiyaşar ideyaları durur.