Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb

Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb
Arzu Məmmədova
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu, 226 nömrəli tam orta məktəbin direktoru


2020-ci ilin sentyabr ayının 27-də başlanan Vətən müharibəsinin bö­yük Zəfərlə başa çatması nəticəsində Azərbaycan ərazilərinin 30 ilə yaxın davam edən işğalına son qoyuldu. Azərbaycan xalqının, dövlətinin və ordusunun dəmir yumruğa çevrilmiş birliyi nəticəsində Ermənistanın iş­ğalçı ordusu məhv edildi. Üçtərəfli Bəyanata əsasən, Ermənistan tərəfinin icra etməli oldu­ğu öhdəliklərdən biri də keçmiş Dağlıq Qara­bağ ərazisində qalmış erməni hərbi qüvvələri­nin tərksilah və ləğv edilməsi idi.  Lakin Ermənistanın hərbi-siyasi rəhbərliyi üzərinə götürdüyü bu öhdəliyi yerinə yetirmə­di.

Vətən müharibəsindən sonra bölgədə cərəyan edən təhlükəli revanşizm Azərbaycanın öz ərazilərində suverenliyini bütünlüklə təmin etmək üçün başqa seçim yolu qoymadı və dövlət rəhbərinin əmri ilə Rusiya sülhməramlı kontingentinin müvəqqə­ti yerləşdiyi Azərbaycan ərazisində lokal xa­rakterli antiterror əməliyyatının  keçirilməsi qaçılmaz zərurət oldu.Antiterror əməliyyatı 2023-cü il sentyabr ayının 19-da, təxminən saat 13:00-da başladı.qüv­vələri xeyli sayda itki vermişdir.

Günorta 13:00 radələrində Azərbayca­nın işğal edilmiş km ərazilərində yara­dılmış olan xunta rejiminin rəhbərliyi Azər­baycanın şərtlərini qəbul etməyə və silahı yerə qoymağa hazır olduğunu bildirdi.Beləliklə, dünya hərb tarixində Azərbay­can Ordusu daha bir bir nadir əməliyyat həya­ta keçirdi. Bir sutkadan da az davam edən bu əməliyyat nəticəsində bölgədəki mülki əha­liyə və obyektlərə ziyan vurulmadan erməni hərbi qüvvələri məhv edildi və Azərbaycanın bütün ərazilərində respublikanın suverenliyi təmin edildi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb. Dövlətimizin başçısı burada çıxış edib:"Düz 20 il bundan əvvəl Azərbaycan xalqı mənə böyük etimad göstərərək prezident seçkilərində Prezident vəzifəsinə seçmişdir. O vaxt doğma xalqıma müraciət edərək söz vermişdim ki, Azərbaycan xalqının və Azərbaycan dövlətinin milli maraqlarını müdafiə edəcəyəm, Azərbaycanın ərazi bütövlüyünü qoruyacağam. Konstitusiyaya və “Qurani-Kərim”ə əl basaraq and içmişdim. Şadam ki, son 20 il ərzində verdiyim bütün vədlər, qarşıma qoyduğum bütün vəzifələr icra edildi. Mən qürur hissi ilə Azərbaycan Bayrağını bu gün qaldırmışam və doğma xalqıma bir daha demək istəyirəm ki, biz bu Qələbəyə layiqik. Azərbaycan xalqı bu Qələbəni öz qanı, canı bahasına əldə etmişdir. Bu gün burada qaldırdığım Bayraq burada əbədi dalğalanacaq və biz burada əbədi yaşayacağıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!"