Xalq öz xöşbəxtliyinə, əmin – amanlığına, işıqlı gələcəyinə səs verdi

Xalq öz xöşbəxtliyinə, əmin – amanlığına, işıqlı gələcəyinə səs verdi

Vüsalə Qasımova

YAP Suraxanı rayon təşkilatının fəal üzvü

Suraxanı rayonu Heydər Əliyev Mərkəzinin Böyük elmi işçisi

2018-ci ildə Azərbaycan xalqı Prezident İlham Əliyevə səs verməklə ölkədə aparılan demokratik islahatlara səs vermiş oldu. 11 aprel 2018-ci il prezident seçkilərində xalqımız bir daha öz taleyinə biganə qalmadığını, gələcək naminə düzgün seçim etdiyini, ən layiqli namizədə səs verdiyini sübuta yetirdi, bununla da Azərbaycan gələcək tərəqqisinin, davamlı inkişafın məhz mövcud siyasi kursun davamlılığının təminatından asılı olduğunu əyani göstərdi. Bu seçim cənab İlham Əliyevin ötən 15 ildə Azərbaycan dinamik inkişaf yoluna çıxarması ilə şərtlənən tərəqqi kursunun vətəndaşlar tərəfindən dəstəklənməsinin təcəssümü oldu.

Xalq hər bir azərbaycanlıya doğma Prezident olmağı bacaran, amalı bütöv və inkişaf edən Azərbaycan olan, ölkəsinin sabitliyini,  möhkəmliyini hər şeydən üstün tutan, bu yolda böyük qətiyyət və əzmkarlıq göstərən bir namizədə-İlham Əliyevə səs verdi. Xalq öz xöşbəxtliyinə, əmin – amanlığına, işıqlı gələcəyinə səs verdi.

2018-ci il Azərbaycan xalqı cənab Prezident ilham Əliyevə səs verməklə ölkədə aparılan demokratik islahatlara səs vermiş oldu. Bu gün tam əminliklə deyə bilərik ki, son 15 ildə əhalinin rifahının yüksəldilməsinə hədəflənən sosial-iqtisadi siyasət nəticəsində əldə olunan nəaliyyətlər Azərbaycanın bundan sonra daha da qüdrətlənməsi üçün təməl rolunu oynayacaq. Prezident İlham Əliyev Azərbaycancanda praqmatik və realist siyasət yürüdüb, Ulu Öndər Heydər Əliyevin siyasi kursuna istinad eməklə, bu dahi şəxsiyyətin ideyalarını siyasi, sosial-iqtisadi sahələrdə layiqincə reallaşdırıb.

Nəticələr onu göstərdi ki, xalqın seçimi birmənalıdır. Əslində Azərbaycan xalqı öz sözünü illər əvvəl deyib. Ulu Öndər Heydər Əliyevi bütöv bir xalqın lideri olaraq görməklə, illərdən sonra onun ideyalarına sadiqliq nümayiş etdirməklə, onun siyasi, mənəvi  və fiziki varisi olan cənab İlham Əliyevi Prezident seçməklə kimin yanında olduğunu bütün dünyaya nümayiş etdirib. Prezident İlham Əliyevin 11 aprel müraciətində bu məqamı da xüsusi vurğulanıb.”Prezident seçkilərində Azərbaycan xalqı yenidən mənə böyük etimad göstərmişdir.Bu etimada, bu böyük dəstəyə görə doğma xalqıma minnətdarlığımı bildirmək istəyirəm. Mən həmişə Azərbaycan xalqının dəstəyini hiss edirəm. Bu dəstək mənə güc verir. Bu dəstək bizim inkişafımız üçün əsas şərtdir. Xalq-iqtidar birliyi Azərbaycanda inkişafımızda əsas amildir”

İlham Əliyevin parlaq qələbəsi xalqın onun siyasətinə tam dəstəyinin reallığıdır. Prezident İlham Əliyev hələ uzun illər xalqımızı daha yüksək zirvələrə və böyük qələbələrə doğru aparacaq.Biz Prezidentimizə, onun həyata keçirdiyi siyasətə arxalanırıq və əminik ki,məhz ilham Əliyevlə birlikdə getdiyimiz böyük yolda daha güclü, daha qüdrətli, daha əzəmətli Azərbaycanın vətəndaşı olmaq qürurunu yaşayacayıq.