Vətən müharibəsinin şəhidi Cəsarət Səfərovun xatirəsi ehtiramla anılıb
27 iyun Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə xalqımızın qələbə qazandığı 44 günlük Vətən Müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsində ucalan, şəhid Səfərov Cəsarət Xaliq oğlunun doğum günüdür. Doğum günündə qəhrəman şəhidin İkinci Fəxri Xiyabanda məzarı ziyarət olunub, önünə gül dəstələri düzülüb, ruhuna dualar oxunub. Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Mərasimdə YAP Suraxanı rayon təşkilatının sədr müavini Salman Əbdülov, Suraxanı Rayon İcra Hakimiyyətinin şöbə müdiri Elmar Hüseynov, Yeni Suraxanı bələdiyyəsinin sədri Fuad Rəhimov, şəhidin doğmaları, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.