Vətən müharibəsi şəhidi Elzar Yusubovun anım günü qeyd olunub

Vətən müharibəsi şəhidi Elzar Yusubovun anım günü qeyd olunub
Oktyabrın 9-da Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə xalqımızın qələbə qazandığı 44 günlük Vətən Müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalan, 3-cü dərəcəli “Rəşadət” ordeni, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, "Cəsur döyüşçü" medallarına layiq görülən şəhid Yusubov Elzar Süleyman oğlunun anım günü qeyd olunub.
Anım tədbirində Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, RİHB-nin müavinləri, şöbə müdirləri, qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndə və bələdiyyə sədri, şəhid ailələri iştirak ediblər.
Anım günündə şəhidin Hövsan qəsəbəsi Şəhidlər xiyabanında məzarı ziyarət edilib, üzərinə tər güllər düzülüb, ruhuna dualar oxunub. Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi ehtiramla anılıb.
Daha sonra ehsan süfrəsi açılıb.