Vətən Müharibəsi Şəhidi Tahir Qasımzadə anım günündə ehtiramla yad edilib
29 sentyabr 2026-cı il tarixində Vətən Müharibəsi şəhidi Qasımzadə Tahir Sərdar oğlunun anım günü ilə əlaqədar Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədr müavini Salman Əbdülov, Suraxanı Rayon İcra Hakimiyyətinin sector müdiri – şöbə müdirinin müavini Elmar Hüseynov, digər rəsmi şəxslər, şəhid ailələrinin üzvləri və ictimaiyyət nümayəndələri Bakıxanov qəsəbəsinin Şəhidlər Xiyabanında yerləşən şəhidin məzarını ziyarət etmiş, üzərinə tər güllər düzülüb, ruhuna dualar oxunub.
Göstərilən diqqət və qayğıya görə şəhidin ailə üzvləri cənab Prezident İlham Əliyevə, Birinci vitse-prezident çox hörmətli Mehriban xanım Əliyevaya və Yeni Azərbaycan Partiyasına öz dərin minnətdarlıqlarını bildirmişlər .