Vətən müharibəsi Şəhidi Elvin Əlimov anım günündə ehtiramla yad edilib

Vətən müharibəsi Şəhidi Elvin Əlimov anım günündə ehtiramla yad edilib

28 sentyabr 2026-cı il tarixində Vətən Müharibəsi şəhidi Əlimov Elvin Nəsrəddin oğlunun anım günü ilə əlaqədar Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədr müavini Salman Əbdülov, Suraxanı Rayon İcra Hakimiyyətinin əməkdaşı Dəniz Aslan, digər rəsmi şəxslər, şəhid ailələrinin üzvləri, ictimaiyyət nümayəndələri və 280 nömrəli tam orta ümumtəhsil məktəbinin müəllim – şagird kollektivi Hövsan qəsəbəsinin Şəhidlər Xiyabanında yerləşən şəhidin məzarını ziyarət etmiş, üzərinə tər güllər düzülüb, ruhuna dualar oxunub.

Göstərilən diqqət və qayğıya görə şəhidin ailə üzvləri cənab Prezident İlham Əliyevə, Birinci vitse-prezident çox hörmətli Mehriban xanım Əliyevaya və Yeni Azərbaycan Partiyasına öz dərin minnətdarlıqlarını bildirmişlər.

Paylaş