Vətən müharibəsi şəhidi Eissavi Muhamməd doğum günündə ehtiramla yad edilib
18 fevral tarixində Vətən müharibəsi şəhidi Eissavi Muhamməd Mazen oğlunun doğum günü ilə əlqədar Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədr müavini Salman Əbdülov, Suraxanı Rayon İcra Hakimiyyətinin əməkdaşı Dəniz Aslan, digər rəsmi şəxslər, şəhid ailələrinin nümayəndələri tərəfindən şəhidin Hövsan qəsəbəsində yerləşən Şəhidlər Xiyabanındakı məzarı ziyarət edilmiş, məzarı üzərinə güllər düzülmüş və dualar oxunmuşdur.
Şəhidin ad günündə qəhrəman vətən övladlarının ailələrinə qayğı göstərməyə cəmiyyətimizin daima borclu olduğunu ifadə edən YAP Suraxanı rayon təşkilatının sədr müavini Salman Əbdülov cənab Ali Baş Komandan İlham Əliyev tərəfindən bütün şəhidlərimizin xatirəsinin əziz tutulduğunu vurğulamış, Ali rəhbərin Vətən müharibəsi şəhidlərinə olan diqqətinin hər kəsə nümunə olduğunu bildirmişdir.
Göstərilən diqqət və qayğıya görə şəhidlərin ailə üzvləri cənab Prezident İlham Əliyevə, Birinci vitse-prezident çox hörmətli Mehriban xanım Əliyevaya və Yeni Azərbaycan Partiyasına öz dərin minnətdarlıqlarını bildirmişlər.