Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda Şanlı Ordumuzun qələbə qazandığı 44 günlük Vətən Müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsində ucalan, “Vətən uğrunda”, və "Füzulinin azad olunmasına görə"medallarına layiq görülən Şəhid Cabarzadə Cavid Qorxmaz oğlunun şəhadətinin ikinci ildönümü münasibətilə ehsan süfrəsi açılıb.
Anım tədbirində Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, RİHB-nin müavinləri və şöbə müdirləri, rayonun idarə, müəssisə rəhbərləri, şəhid valideynləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və Azərbaycanın suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad edib.
Mərasimdə Suraxanı Rayon İcra hakimiyyətinin başçısı Əziz Əzizov Prezident İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində qazanılmış tarixi qələbədən bəhs edib, ölkəmizdə, o cümlədən Suraxanıda şəhid ailələrinə və müharibə iştirakçılarına göstərilən diqqət və qayğıdan danışıb, şəhid olmuş qəhrəman vətən övladlarının xatirəsinin hər zaman uca tutulduğunu və ehtiramla yad edildiyini vurğulayıb.
Anım tədbirində şəhidin keçdiyi döyüş yolundan, göstərdiyi qəhrəmanlıqlardan danışılıb. Sonda Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və Yeni Azərbaycan Partiyasına öz dərin minnətdarlıqlarını ifadə ediblər.