Ümummilli Lider Heydər Əliyevin Azerbaycan dilinə dövlət dili statusunun verilməsində əvəzsiz rolu olmuşdur

Samirə Orucova
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
Suraxanı rayonu, 203 saylı uşaq bağçası və körpələr evinin müdiri
1922-ci ildə Azərbaycan hökumətinin qərarı əsasında yeni Əlifba Komitəsinin yaradılması, həmin komitəyə Azərbaycan dili üçün latın qrafikalı əlifba tərtibinin tapşırılması yeni qrafikaya keçilməsi yolunda atılmış ilk ciddi addım oldu. 1923-cü ildən etibarən latın əsaslı əlifbaya keçmə prosesi sürətləndirildi. 1926-cı ildə keçirilmiş Birinci Umumittifaq Türkoloji qurultayın tövsiyələrinə cavab olaraq 1929-cu il yanvarın 1-dən etibarən Azərbaycanda kütləvi şəkildə latın qrafikalı əlifba tətbiq edildi. Həmin əlifba 1940-cı il yanvarın 1-dən kiril yazısı əsasında tərtib edilmiş yeni qrafikalı əlifba ilə əvəz olundu.
Müstəqilliyimizin qazanılmasından sonra yaranmış tarixi şərait xalqımızın dünya xalqlarının ümumi yazı sisteminə qoşulması üçün yeni perspektivlər açdı və latın qrafikalı Azəraycan əlifbasının bərpasını zəruri etdi. Həmin vaxtdan müstəqil Azərbaycan Respublikasında tədricən latın qrafikalı milli əlifbamıza keçid mərhələsi başlandı.
Bu tarixi proses Ümummili liderimiz Heydər Əliyevin 18 iyun 2001-ci il tarixli fərmanına əsasən gerçəkləşdi. Prezident Heydər Əliyev latın qrafikalı əlifbanın tətbiqinin Azərbaycanın siyasi həyatında, yazı mədəniyyətimizin tarixində mühüm hadisə olduğunu nəzərə alaraq 2001-ci il avqustun 9-da daha bir fərman imzaladı. Həmin fərmanla 1 avqust – Azərbaycan əlifbası və Azərbaycan dili günü elan edildi. Həmin vaxtdan hər il avqust ayının 1-i Azərbaycan Respublikasında Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir.
70-ci illərin ortalarından başlayaraq SSRI-ni təşkil edən respublikalarin ictimai-siyasi həyatında dil məsələsi yenidən gündəmə gətirildi. SSRi Konstitusiyasinin qəbulundan sonra milli dillərin sıxışdırılması prosesi daha da gücləndirildi. Belə bir şəraitdə ana dili məsələsinin təbliği ile məşğul olmaq cəsarət tələb edirdi. 30-ci illərdə dil məsələsini qabardanlar Sibirə sürgün olunurdu.
Hətta milli respublikalarin rəhbərləri da ana dili məsələsini gündəmə gətirməkdə aciz idilər. Bütün süni məhdudiyyətlərə rəğmən Ulu Öndər Heydər Aliyev ana dili məsələsində öz mövqeyini hər zaman çox qətiyyətlə qorumaga müvəffəq olmusdur.Dövlət dili uğrunda ardıcıl mübarizə aparan Ümummilli Lider ziyalilari, xalqi ana dilinin dövlət dili kimi yaşamaq hüququ uğrunda mübarizəyə cəlb edərək bütün qüvvələri səfərbər etmişdir. Böyük tarixi şəxsiyyət SSRi Konstitusiyasi haqqında danışarkən öz nitqində xüsusi olaraq vurgulamisdir ki, Konstitusiya vətəndaşlara təhsil hüququ vermişdir. Bu hüquq ana dilində oxumaq imkanı ilə təmin olunur.
Ümummilli Lider Heydər Əliyevin Azerbaycan dilinə dövlət dili statusunun verilməsində əvəzsiz rolu olmuşdur. 1978-ci il aprelin 2-də IX çağırış Azərbaycan SSR Ali Sovetinin Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasının layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş VII sessiyasinda məruzə ilə çıxış eden Ulu Öndər Heydər Əliyevin təklifə ilə 73-cü maddəni aşağıdakı redaksiyada vermək təklif olunmuşdur.
"Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir.1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyasi hazırlanarkən dövlət dilinin necə adlandırılması ilə bağlı müxtəlif təkliflər irəli sürülmüşdür. Təkliflərin çox böyük əksəriyyətində ana dilimizin
Azərbaycan dili adlandırılması dəstəklənirdi. Genis müzakirələrdən sonra 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyanın 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması öz əksini tapmışdır. Müstəqil Azərbaycan dövlətinin dil siyasətinin müəyyənləşməsi, formalaşması və möhkəmləndirilməsi baxımından müstəsna əhəmiyyət daşıyan "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqinda" 2001-ci il 18 iyun tarixli Fərman dövlət dili ila bağlı hərtərəfli va geniş melumatları özündə ehtiva edir. Ulu Öndər Heydər Əliyev tərəfindən imzalanmış sözügedən Fərman əsasında Azərbaycam Prezidenti yanında Dövlət Dil Komissiyasi yaradılmışdır.