Ulu Öndər təzyiqlərin qarşısını almaq üçün diplomatik bacarığından məharətlə istifadə etdi

Ulu Öndər təzyiqlərin qarşısını almaq üçün diplomatik bacarığından məharətlə istifadə etdi

Validə Həsənova

YAP Suraxanı rayon təşkilatının fəal üzvü

Suraxanı rayonu, 281 nömrəi tam orta məktəbin müəllimi


Tarixi şəxsiyyətlərin böyüklüyü illər keçdikcə daha aydın görünür. Uca dağların zirvəsi uzaqdan əzəmətli göründüyü kimi, millətinin tarixində dərin iz qoymuş, onun keçmişini yaratmış və gələcəyini müəyyən etmiş insanların da işi və ideyaları zaman məsafəsindən daha uca görunür, daha aydın nəzərə çarpır. Bu ucalığa, bu zirvəyə boylandıqca insan sevinir, heyrətlənir və düşünür. Təbiidir ki, belə şəxsiyyətlərin taleyi həmişə çətin və keşməkeşli olur, çünki onlar özlərinin bütün mənalı ömürlərini fədakarcasına vətəninin, millətinin tərəqqisinə, dövlətinin möhkəmləndirilməsinə həsr edirlər. Keçmişin və yaşadığı dövrün reallıqlarını nəzərə alaraq mümkün olanı, hətta ondan da artığını, etmiş bu şəxsiyyətlərin gözəl işləri, xeyirxah əməlləri, müdrik ideyaları xalqın və dövlətin gələcəyinə işıq salır.


Bu baxımdan Azərbaycan tarixinin ən şanlı səhifələrini yazmış Ulu öndər Heydər Əliyevin keçdiyi həyat yolu, bizə və gələcək nəsillərə miras qoyduğu mənəvi irsi misilsiz sərvət, əvəzsiz nümunədir. Təkcə Azərbaycan xalqının deyil, bütün türk dünyasının fəxri olan bu böyük insanı gördüyü işlər, söylədiyi fikirlər haqqında hələ çox əsərlər yazılacaq, çox sözlər deyiləcəkdir. Bununla yanaşı, Heydər Əliyevin hər bir insanın qəlbində öz yeri, öz obrazı, hər bir vətəndaşın taleyində öz izi vardır. Heydər Əliyevin başladığı hər bir iş, atdığı hər bir addım Azərbaycan dövlətinin müstəqilliyinin əbədi və dönməz olmasına xidmət göstərmişdir. Bunlar Azərbaycanın bir dövlət kimi mövcudluğunu, inkişaf strategiyasının əsas istiqamətlərini müəyyən etmişdir.

Böyük rəhbərin şərəfli ömür yoluna nəzər saldıqda, onun öz gücünü xalqına və vətəninə olan məhəbbətindən aldığını, özünün bütün istedad və qabiliyyətini səfərbər edərək bu yolda ən çətin maneələri dəf etdiyini görürük. Ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanda hökm sürən qeyri-sabitlik və hakimiyyət böhranı ermənilərin bütün cəbhə boyu hərbi əməliyyatlara başlamasına imkan yaradırdı. Məhz belə bir şəraitdə Azərbaycan torpaqlarının bir hissəsi düşmən tərafindən işğal olundu. Silahlı dəstələrin Laçın ərazisindən çıxarılmasını gözləyən erməni-daşnak birləşmələri 1992-ci il mayın 18-də alınmaz qala olan Laçını işğal etdilər.   

Beləliklə, keçmiş Dağlıq Qarabağ separatçıları ilə Ermənistan arasında birbaşa əlaqə dəhlizi yarandı. Azərbaycan xalqının çox hissəsi Azərbaycan Xalq Cəbhəsinin məqsədinin  nəyə xidmət etdiyini gördü və cəbhəçilərdən əlini üzməyə başladı. Azərbaycan xalqı hadisələrin belə bir axarında Heydər Əliyevin xalqı, ordunu bir yerə yığmasını, diplomatik səyləri sayəsində erməni silahli qüvvələrinin təzyiqlərinin qarşısını almasını böyük ümidlə, səbirsizliklə gözləyirdi.

1992-ci ilin mayın ilk günlərində Naxçıvan Muxtar Respublikasında, eləcə də Azərbaycanın Ermənistanla sərhəd bölgələrində vəziyyət yenidən pisləşmişdi. Erməni faşist ordu birləşmələri onlara arxadan-Naxçıvan ərazisindən hücum başlanacağından ehtiyatlanaraq və Azərbaycanda yaranmış özbaşınalıqdan istifadə edərək yeni əraziləri işğal etmək üçün say göstərirdilər. Erməni quldur dəstələri mayın 18-də Naxçıvanın Sədərək, Havus, Yuxarı Buzqov, Sada, Biçənək və s. kəndlərinə böyük qüvvə ilə hücuma keçdilər. Düşmən hətta bu ərazilərdə zəhərli kimyəvi silahdan da istifadə edirdi. Sədərək ətrafında baş verən qanlı döyüşlər 40 gün davam etdi. Bu vaxtlar Naxçıvan Muxtar Respublikasi Ali Məclisinin sədri Heydar Əliyev erməni işğalçılarının basqınlarının qarşısını almaq üçün diplomatik bacarığından məharətlə istifadə edə bildi. Onun martın 23-də Türkiyəyə səfəri zamanı Süleyman Dəmirəl bütün dünyaya bildirmişdi ki, Naxçıvanın statusunda bir dəyişiklik yaranarsa, bağlanmış müqaviləyə görə Türkiyə öz sözünü deyəcəkdir. Mayın 18-də Türkiyə Nazirlər Kabineti ətraflı bir bəyanat qəbul etdi. Heydar Əliyevin və Türkiyə dövlət başçılarının birgə səyləri nəticəsində erməni işğalçılarının məqsədləri dünya ictimaiyyətinə çatdırıldı. Nəticədə dünyanın 57 ölkəsi təcavüzü pislədi, NATO xüsusi bəyanat verdi. Rusiya Federasiyası öz niyyətindən əl çəkdi. Mayın 24-də işğalçı Ermənistan dövlətinin təklifi ilə danışıqlar aparıldı və dinclik yaradıldı.


1992-ci il iyulun 7-də Azərbaycanda prezident keçirildi. AXC sədri Ə. Elçibəy seçkilərdə qalib gəldi. Lakin hakimiyyəti ələ keçirmiş, ölkədə dövləti idarə etmək təcrübəsi olmayan adamlar üçün bu qələbə deyil, böyük məğlubiyyətin, süqutun əsası idi. Azərbaycan hakimiyyətində Xalq Cəbhəsi tezliklə Müsavat qüvvələri ilə əvəzləndi. Hakimiyyətdə fəallıq göstaran şəxslər onu möhkəmləndirə və xalqın mənafeyi üçün heç bir şey edə bilmədilar. Əslində bu qüvvələrə heç möhkəm dövlət də lazım deyildi.

Artıq 1993-cü ilin ikinci yarısında Azərbaycanda 30-a qədər siyasi partiya, cəmiyyət və hərakat fəaliyyatdə idi. Təşkilatlar arasında sıx birlik və bərabər hərakat plan tamamilə pozulmuş, güclü fikir ayrılığı yaranmışdı. Həmin dövr AXC - Müsavat cütlüyü xalq arasında hər an nüfuzu güclənən Heydər Əliyevə qarşı sərt mövqelərini artırırdılar. 1991 - ci ilin dekabrından Naxçıvana qaz, 1992-ci ilin iyulundan isə elektrik enerjisinin verilməsini dayandırmışdılar. 1992-ci ilin aprelindən bu əraziyə qatarların hərəkəti də qadağan edilmişdi. Naxçıvan mühasirəyə alınmışdı.

Bütün bunlara baxmayaraq, Heydər Əliyev çətin şəraitdə Naxçıvan Muxtar Respublikasının idarə edilməsini cəsarətlə hayata keçirirdi. Xalq aclığa, 40 dərəcə şaxtaya dözə bildi. Heydər Əliyev 1992-ci il martın 22-25-də Türkiyə dövlətinin dəvəti ilə bu ölkəyə səfər etdi. Qardaş dövlətin başçıları ilə danışıqlar apardı. Türkiyə dövləti Naxçıvana 100 min dollar kredit verdi. Tez bir vaxtda İqıir-Naxçıvan elektrik xətti işə düşdü. Sədərək - Türkiyə yolu tikilib istifadəyə verildi.
 " Türksat " rabitə şirkəti muxtar respublikanın Bakı ilə telefon əlaqəsini işə saldı. Hər iki dövlət arasında 1992-ci ilin mayın 28-də Sədərək-Dilucu 228 metrlik "Ümid körpüsü" tikilib istifadəyə verildi.

Həmin ilin martında yeni hava limanının birinci növbəsi işə düşdü.
1992-ci il avqustun 22-26-da İran İslam Respublikasının dövlət başçısınınn dəvəti ilə Heydər Əliyev Tehrana səfər etdi. Qonşu dövlət başçıları ilə danışıqlar aparıldı. Hər iki dövlət arasında müştərək bazarlar açıldı. Naxçıvana İrandan elektrik enerjisi verildi. Beləliklə də, Heydər Əliyevin diplomatik bacarığı nəticəsində muxtar respublikanın nəqliyyat, enerji blokadasına son qoyuldu.

AXC, eləcə də Müsavat başçıları Naxçıvan Muxtar Respublikasında çevriliş etməyə, qeyri-demokratik yolla Xalq Cəbhəsini hakimiyyatə gətirməyə çalışırdılar. 1992-ci ilin oktyabrın 24-də burada Xalq Cəbhəsinin silahlı dəstələri Daxili İşlər Nazirliyini, televiziya şəbəkəsi binalarını tutaraq hakimiyyatə qarşı bəyanatla çıxış etdilər. Əhalinin böyük bir hissəsi onlara qarşı qalxdı. Az vaxtda 50 mindən çox insan Heydər Əliyevin müdafiəsinə qalxaraq Ali Məclis binasının qarşısına yığışdı. Xalq silahlı cəbhəçiləri dövlət təşkilatlarından qovub çıxardı.
O zamankı iqtidar başçıları Naxçıvanın statusunu ləğv etməyə çalışır, bunun üçün əllərindən gələni edirdilər. Bütün bunlar Naxçıvanın muxtariyyət statusunu müəyyən edən Moskva (1921-ci il 16 mart) və Qars (1921-ci il 13 oktyabr) beynəlxalq müqavilələrinə, eləcə də 1969-cu il Vyana konvensiyası tələblərinə zidd idi. Heydər Əliyev Türkiyədə olarkan Moskva və Qars müqavilələrinin əsas prinsiplərinin qüvvədə olduğunu bütün dünyaya çatdırdı. Xalqın rəhbərə olan inamı və ümidi daha da artdı.

Bu gün Prezident İlham Əliyevin Ulu Öndərin siyasi kursunu uğurla davam etdirməsi və zənginləşdirməsi sayəsində Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilib. Vətən müharibəsində qazanılan möhtəşəm Zəfər də bu uğurların məntiqi nəticəsidir. Xalqımız əmindir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə daha uca zirvələr fəth ediləcəkdir.