ULU ÖNDƏR HEYDƏR ƏLİYEV: ”İQTİSADİYYATI GÜCLÜ OLAN DÖVLƏT HƏR ŞEYƏ QADİRDİR”

ULU ÖNDƏR HEYDƏR ƏLİYEV:  ”İQTİSADİYYATI GÜCLÜ OLAN DÖVLƏT HƏR ŞEYƏ QADİRDİR”

Afət Xudayi

YAP Suraxanı rayon təşkilatının fəal üzvü

Suraxanı rayonu 232 saylı tam orta məktəbin müəllimi 

Tarixin müxtəlif dövrlərində çətin sınaqlardan keçən Azərbaycan artıq müstəqil dövlət olaraq beynəlxalq aləmdə öz yerini tutub siyasi-iqtisadi mövqeyini möhkəmləndirib. Təbii ki, Azərbaycanın bu günə gəlib çatmasında Ümummilli Lider Heydər Əliyevin böyük rolunu xüsusi vurğulamaq lazımdır. Onun, hələ sovetlər dönəmində respublikamıza rəhbərlik etdiyi illərdə həyata keçirdiyi uğurlu siyasət Azərbaycanın davamlı iqtisadi inkişafını təmin etmişdir. 1993-cü ildə xalqın təkidi və tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və qətiyyəti sayəsində Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoymuşdur.

“İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir.” Heydər Əliyev bu fikirləri sitat gətirərək möhkəm iqtisadi baza və demokratik dəyərlər üzərində güclü vətəndaş cəmiyyətinin yaradılmasının obyektiv əsası olduğunu bildirirdi. Azərbaycan iqtisadiyyatı dünya iqtisadiyyatının tərkib hissəsidir. Məhz bunu düzgün qiymətləndirən Ümummilli lider Heydər Əliyev iqtisadiyyatın liberallaşması, bazar iqtisadiyyatına keçidi təmin etmək məqsədilə iqtisadi islahatlar yolunu seçmiş və bu istiqamətdə misilsiz işlər görmüşdür.

Aqrar sektoru ölkənin, çox böyük inkişaf potensialına malik sahəsi kimi qiymətləndirilən kənd təsərrüfatının inkişaf dövrünün 1969-1982-ci illərdə ümummilli liderin Azərbaycana rəhbərlik etdiyi dövrlərə təsadüf edir. Ümummilli lider respublikaya rəhbərlik etdiyi birinci dövrdə kənd təsərrüfatı sahələrindən daha geniş, düzgün və səmərəli istifadə edilməyə başlanıb.

“Məhz həmin illərdə Heydər Əliyev xalqımızın əvəzsiz sərvəti olan torpaqlardan daha səmərəli və təsərrüfatçıllıqla istifadə etməyin forma və metodlarını öyrətdi. Azərbaycanda kənd təsərrüfatını sürətli inkişaf etdirməyin mümkünlüyünü sübut etdi, bu sahədə sözün əsl mənasında dğnüş yaratdı”. Ümummilli Lider Heydər Əliyevin həyata keçirdiyi uğurlu siyasət Azərbaycanı dünyaya tanıtdı və onun hakimiyyəti illərində uğurlu iqtisadi layihələr həyata keçirildi, rəqabətə davamlı məsul istehsal edən sahibkarlıq subyektləri formalaşdı.