Ulu Öndər Heydər Əliyev hüquqi dövlətin sarsılmaz əsaslarını qoydu

Ulu Öndər Heydər Əliyev hüquqi dövlətin sarsılmaz əsaslarını qoydu

Aşıq Mehdiyev

YAP Suraxanı rayon təşkilatının fəal üzvü

Suraxanı rayonu 232 nömrəli tam orta məktəbin müəllimi

Demokratik tərəqqi yolunu seçən, dünyəvi dəyərlərə əsaslanan, Şərq mentalitetini qorumaqla beynəlxalq təsisatlarla sıx birliyi quran Azərbaycanın dünya birliyində öz yerini müəyyən etməsində ümummilli lider H.Əliyevin misilsiz rolu var. Ulu Öndərin rəhbərliyi ilə ölkəmizdə xüsusi diqqət yetirilən məqamlardan biri insan hüquqlarının  ən yüksək səviyyədə qorunması, söz, fikir azadlığının təmin edilməsi və bu qəbildən olan digər məsələlər olub. Bu  mənada Ümummilli Liderin milli dövlətçiliyi möhkəmləndirilməsi istiqamətində atdığı vacib addımlar sırasında insan amilinə yüksək dəyər verən hüquq sisteminin qurulması və inkişaf etdirilməsinin xüsusi yer tutması tamamilə təbiidir.

Ulu öndər Heydər Əliyevin  idarəçiliyində humanizm prinsiplərinin prioritet istiqamət təşkil etməsi insan hüquq və azadlıqlarının reallaşdırılması və yüksək səviyyədə müdafiəsinə hər cür şərait yaradılması dünyanın siyasi səhnəsinə artıq müstəqil dövlət kimi qədəm qoyan Azərbaycan dövlətçiliyinin  mahiyyətində dayanan əsas məqamlarından birini təşkil edib. Beləliklə, həmdə mütərəqqi demokratik ideyalara sadiq olan Ümummilli Liderin rəhbərliyi ilə Azərbaycanda dünyəvi hüquqi demokratik dövlət quruculuğu, bunun üçün daim təkmilləşdirilən möhkəm hüquq baza formalaşdırılıb. Ulu Öndərin rəhbərliyi altında xüsusi diqqət yetirilib yerli qanunvericilik bazası qabaqcıl beynəlxalq  təcrübəyə müvafiq olaraq daha təkmilləşdirilərək mükəmməl formaya salınıb.

Ölkəmizdə həyata keçirilən hüquqi islahatlara tarixi prizmadan nəzər salsaq görərik ki, müasir hüquq sisteminin keçdiyi inkişaf yolunun ilkin mərhələsində azad cəmiyyətin formalaşmasına demokratik hüquqi dövlət  quruculuğuna, qanunun aliliyinin təmin olunmasına müstəqil ədalət mühakiməsinin həyata keçirilməsinə yönəlmiş hüquqi islahatların konsepsiyası işlənilib hazırlandı. Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan və 1995- ci il noyabrın 12 də umum xalq səsverməsi  yolu ilə qəbul edilən əsas qanun müstəqil Azərbaycanın ilk Konstitusiyasıdır.

Konstitusiyanın qəbul olunması hüquqi islahatlar üçün şərait yaratdı. 1996 -cı il fevralın 21- də Heydər Əliyevin təşəbbüsü ilə yaradılan hüquqi islahatlar komissiyası hüquqi islahatların prioritetlərini müəyyən etdi və Sovet İttifaqından qalmış hüquq sisteminin fəlsəfəsini tamamilə dəyişdirdi. Mahiyyət etibarilə hüquqi islahatlar qanunların və digər normativ hüquqi aktların hazırlanması, hüquqi informasiya sisteminin genişləndirilməsi məhkəmə və bütövlükdə hüquq mühafizə sisteminin islahatı qanunların əhali arasında təbliği və öyrənilməsi kimi tədbirləri özündə ehtiva edir. Daim Azərbaycan demokratik və bəşəri dəyərlərə sadiq müstəqil bir dövlət kimi formalaşmasına çalışan Ulu Öndər Heydər Əliyev ölkənin əsas qanununa  bələdiyyələrin təşkilinin ümumi prinsiplərini təsbit edən ayrıca fəsil əlavə etməklə dövlət idarəetməsinə  yeni anlayış gətirdi .

Ölkəmizdə aparılan  hüquq  islahatlarının mühüm tərkib hissəsi olaraq dövlət və yerli özünüidarəetmə orqanları vəzifəli şəxslər tərəfindən pozulan insan hüquqları və azadlıqlarının bərpa edilməsi məqsədilə 2001-ci ildə  demokratik dövlətlərin hüquq sistemində mühüm rol oynayan qeyri məhkəmə müdafiə mexanizmi Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkil (ombudsman) institutu yaradıldı.Qanunvericilik tədbirləri çərçivəsində Çinayət ,Çinayət Prosesual Mülk,Mülki Prosesual,Əmək Ailə İnzibatı Xətalar,Gömrük, Vergi və digər məsələləri aid qanunlar qəbul edildi.

Avropa Şurasına üzvlük ərəfəsində Azərbaycan Ümumavropa hüquq məkanına inteqrasiya olunmağa başladı.Ölkəmiz 2001-ci  il yanvarın 25 - də Avropa Şurasına üzv qəbul edildi. Avropa insan hüquqları Konvensiyasına qoşuldu və bununla Avropa İnsan hüquqları Məhkəməsinin yurisdiksiyasını qəbul edilməsi prosesini daha da sürətləndirdi.

Milli insan hüquqları standartlarının Avropa İnsan hüquqları konvensiyasına uyğunlaşdırılması məqsədilə 2002-ci il dekabrında İnsan hüquq və azadlıqları  haqda konistutsiya Qanunu qəbul etdi.Beləliklə Ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi altında Azərbaycanda həyata keçirilən hüquqi islahatların fəaliyyəti genişləndi.

Ümummilli lider Heydər Əliyevin başqa sahələrdə olduğu kimi ölkəmizin hüquq sistemində də fəaliyyətin yüksək tələblər səviyyəsində qurulması üzrə xidmətləri öz bəhrəsini bu gün də verməkdədir.

Ümummilli lider Heydər Əliyevin hüquqi siyasət kursunu davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev hüquq sistemini daha da təkmilləşdirir. Ölkəmizdə baş verən sürətli sosial-iqtisadi inkişafı nəzərə alaraq. Avropanın siyasi iqtisadi və hüquq məkanına inteqrasiyanı dövlət siyasətinin prinsipləri sırasına qaldıraraq demokratik cəmiyyətlərə xas olan sistemi fəaliyyətinə insan hüquqlarının etibarlı müdafiəsinə nail olmaq üçün Prezidentimiz mühüm təşəbbüslərlə çıxış edir. Hüquq islahatların uğurlu olması üçün ilk növbədə öz onun təməlində sistemli ardıcıl və elmi cəhətdən əsaslandırılmış hüquq siyasəti olunmalıdır. Öz şərəfli fəaliyyəti ilə ölkəmizi və xalqını əlçatmaz zirvələrə  ucaltmış Ümummilli Lider Heydər Əliyev bu gün hər birimizin qəlbində yaşayır. Azərbaycanın bugünkü və gələcək nəsillərinin Heydər Əliyevin şərəfli adı və ölməz ruhu qarşısında müqəddəs onun şah əsəri olan müstəqil Azərbaycan dövlətinin daha da çiçəklənməsi və qüdrətlənməsi, xalqımızın rifahı naminə fədakarlıqla çalışmaq, milli birliyimizə sədaqətlə xidmət etmək .