Üçtərəfli görüşdən gözləntilər
Elşad Həsənov
YAP Suraxanı rayon təşkilatının fəal üzvü, politoloq
Bildiyimiz kimi oktyabrın 28-də “Valday” Diskusiyya Klubunun plenar iclasında çıxış edən Putin erməni müxbirinin sualına cavab verərkən Vaşinqton razılaşmasının olduğunu dedi. Hansı ki, ”Dağlıq Qarabağ “ın Azərbaycan ərazisi olması və sülh müqaviləsinin imzalanması.
"Əgər ermənilər buna razıdırsa, bizdə razıyıq. Əgər onlar status məsələsini qaldırmaq istəyirlərsə biz buna baxa bilərik." Beynəlxalq aləm bilir ki, Qarabağ Azərbaycandır. Orda heç bir statusdan söhbət gedə bilməz. Eyni zamanda bu günlərdə Paşinyan öz tərəfdaşları qarşısında çıxış edərkən bildirdiki, ”Dağlıq Qarabağ” Azərbaycan ərazisidir.
Bu gün status məsələsi yenidən ortaya atılsa da Azərbaycan buna heç cürə getməyəcək. Prezident İlham Əliyev dəfələrlə qeyd edib ki, status yoxdu bitdi. Hələ müharibədən əvvəl biz onlara təklif edəndə ki, biz sizə ən yüksək status verəcəyik .Siz təki torpaqlarmızdan çıxın. Ancaq onlar bunu etmədi.
Biz torpaqlarımızı şəhidlərimizin canı, qanı bahasına azad etdik. Soçi görüşündən müsbət gözlənti yoxdur.Bizim irəli sürdüyümüz 5 prinsip ətrafında müzakirələr aparılsa, razılıq verilsə hər iki ölkə üçün əlverişli olar.