Türk dövlətləri ilə olan qardaşlıq münasibətləri sarsılmaz və əvəz olunmazdır
Rəvanə Abdullayeva
YAP Suraxanı rayon təşkilatının üzvü
Suraxanı rayonu, 265 saylı körpələr evi və uşaq bağçasının müdiri
Noyabrın 6-sı Qırğızıstanın paytaxtı Bişkekdə Türk dövlətləri təşkilatı (TDT) dövlət başçılarının görüşü keçirilib. Bu görüşdə bir sıra türk dövlətləri iştirak etmişdir , bunlar biridə Azərbaycandır. Azərbaycanın prezidenti cənab İlham Əliyev çıxışı zamanı bir sıra məsələlərə toxunmuş bunlar ilki möhtəşəm dillərə dəstan zəfərimiz, ikincisi isə Türk dövlətləri olan dostluğumuzun daha da qüvvətlənməsidir.
Naxçıvan Sazişi ilə yaranan (TDT) Türk Dövlətlər Təşkilatının 15-ci il dönümüdür. Bu iclasda öz xüsusi çıxışları ilə diqqət çəkmiş və hər biri Azərbaycan prezidentini hal hazırda dövlətimizdə keçirilən COP29 bağlı iclasa görə təbrik və yanında olduqlarını bildirmişlərdir.
Əlbəttədəki təkcə sözdə deyil əməldə bunu görmək olar. Məsələn 44 günlük şanlı müharibəmizdə Türkiyənin yanımızda dəstəyi ilə qüvvəti ilə yanımızda olması böyük bir qürurdur. Bununla yanaşı işğaldan azad edilmiş Şuşa şəhərində abadlıq və məktəb tikinti işlərində Türkiyə öz dəstəyini bizdən heç bir zaman əsirgəməyib.
Hətta Özbəkistan, Qırğızıstan, Qazaxıstan, və Macarıstanın dövlət və hökumət başçılarının azad olunmuş ərazilərdə qardaşlıq hədiyyəsi olan məktəbə və yaradıcılıq mərkəzinə, eləcə də tikiləcək məktəblərə dəstəyi Türk dövlətlərinin hər zaman bizim yanımızda olmasının nümunəsidir.
Keçən ilin dekabrında 200-ə yaxın ölkə Azərbaycanın namizədliyinin (COP29 görə) yekdilliklə dəstəkləmişdir. Bu beynəlxalq aləmin ölkəmizə böyük hörmətinin və dəstəyinin təzahürüdür. Prezident İlham Əliyev bununlada göstərdiki Türk dövlətləri ilə olan qardaşlıq münasibətləri sarsılmaz və əvəz olunmazdır və onlar bir olduqdan sonra yenilməzdirlər.
Biz xalq olaraq bu gün bu güclü dövlətin bir nümayəndəsi olmuşuqsa və qüruru yaşayırıqsa Prezident cənab İlham Əliyevə borcluyuq. Dövlətimiz, millətimiz adından təşəkkür edirik