Təyyarə qəzası ilə bağlı istintaq ən yüksək səviyyədə davam edir  

Təyyarə qəzası ilə bağlı istintaq ən yüksək səviyyədə davam edir   
Elçin Seyfullayev
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədr müavini
Suraxanı RİHB-nın Bülbülə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi

Həmin günü Azərbaycan Prezidenti Sankt-Peterburqda keçirilən MDB-nin toplantısına da gedirdi və orada iştirak edəcəkdi və həmin toplantıda dövlətlərarası münasibət müzakirə olunacaqdı. Təşkilatın qarşıda qoyulan məsələlər barəsində fikir mübadiləsi olacaq idi. Hadisə nəticəsində Prezident geri qayıtmalı oldu.

Hadisənin ilkin məqamında müxtəlif fikirlər səsləndirildi. Cəmiyyətdə müxtəlif fərziyyələr, müxtəlif ehtimallar irəli sürülürdü.  İlkin şahidlərin dindirilməsi və təyyarədə olan izlər onu göstərir ki, təyyarə vurularaq texniki cəhətdən sıradan çıxarılmış və nəticədə qəza baş vermişdir. Bu hadisədən siyasi məqsədlər üçün istifadə edən qüvvələr də oldu.

Prezident vurğulayıb ki, hər hansı bir qəsdən, terror aktı törətmək məsələsindən söhbət gedə bilməz: "Təbiidir ki, təyyarəmiz təsadüfən vuruldu. Təbiidir ki, burada hər hansı bir qəsdən, terror aktı törətmək məsələsindən söhbət gedə bilməz. Ona görə öz günahını etiraf etmək, dost ölkə sayılan Azərbaycandan vaxtında üzr istəmək və bunu ictimaiyyətə bildirmək - bütün bunlar görüləsi tədbirlər idi və addımlar idi. Əfsuslar olsun ki, birinci üç gün ərzində biz Rusiyadan cəfəng versiyalardan başqa heç nə eşitməmişik. Təbii ki, qəzanın təfərrüatları tam araşdırılacaq. Bundan mənim şübhəm yoxdur”.Prezident İlham Əliyev təyyarəni deşən qəlpələrin sərnişinlərə və ekipaj üzvlərinə yetirdiyi xəsarətin göz qabağında olduğuna da toxunub"Çünki onu da bildirməliyəm ki, bu, açıq-aydın faktı inkar etmək və burada gözdən pərdə asmaq cəhdləri həm cəfəngiyyatdır, həm də ağılsızlıqdır. Çünki xoşbəxtlikdən ekipajın qəhrəmanlığı sayəsində elə hadisə baş verdi ki, təyyarə enə bildi, qəza enişi olsa da, təyyarə enə bildi. Sərnişinlərin bir çoxu xilas edildi, onların ifadələri var. Təyyarəni deşən qəlpələrin sərnişinlərə və ekipaj üzvlərinə yetirdiyi xəsarət göz qabağındadır. Bunu hansısa quşlarla bağlamaq, yaxud da ki, qaz balonunun partlaması kimi qələmə vermək həm ağılsızlıqdır, həm də vicdansızlıqdır".

İstər texniki baxımdan sıradan çıxmış təyyarə olsun və ya vurularaq sıradan çıxmış təyyarə olsun, bizim faciəmizə, bizim bir çox qardaş ölkələr dərdimizə şərik oldular və hadisənin araşdırılması üçün təşəbbüs göstərməyə cəhd etdilər. Məsələ burasındadır ki, Rusiya prezidentinin Azərbaycan Prezidentinə zəng etməklə üzrxahlıq etməsi bir daha onu göstərir ki, Azərbaycan və Rusiya arasında dostluq, əməkdaşlığa sadiqdirlər və bu hadisə sifarişlə deyil. Təbiidir ki, istintaq gedir. İstintaqın nəticəsindən sonra tam əmin olunacaq ki, hadisə tam necə olubdur. İlkin məlumatlara görə təyyarənin vurulması və sıradan çıxarılması nəticəsində qəzaya uğrayıb. Bunu şahid qismində hadisə yerində olan insanlar və təyyarədə baş verən, görünən izlər də bir daha onu sübut edir.

Azərbaycan tərəfinin təklifi ilə bu qəzanın səbəblərinin hərtərəfli araşdırılması üçün beynəlxalq ekspertlərdən ibarət heyət təşkil edilib və bu heyət artıq fəaliyyətə başlayıb. bu barədə dövlətimizin başçısı İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı zamanı bildirib.Söhbət zamanı dövlət başçıları bu faciənin bütün təfərrüatlarının ciddi və hərtərəfli araşdırılması və günahkarların məsuliyyətə cəlb edilməsini müzakirə ediblər.Dövlət başçıları həmçinin faciə ilə əlaqədar başlanılmış istintaq prosesinin tam şəffaf şəkildə aparılacağını və mütəmadi qaydada ictimaiyyətə məlumat veriləcəyini vurğulayıblar.