Şəhid Xəyyam Əliyevin xatirə – abidə kompleksinin açılış mərasimi keçirilmişdir

Şəhid Xəyyam Əliyevin xatirə – abidə kompleksinin açılış mərasimi keçirilmişdir

20 sentyabr 2022-ci il tarixdə "Qaraheybət" aviasiya poliqonunda təlim uçuşları yerinə yetirən zaman qəzaya uğrayan Dövlət Sərhəd Xidmətinə məxsus helikopterdə şəhid olmuş Suraxanı rayonu Əmircan qəsəbəsi sakini şəhid kapitan Əliyev Xəyyam Əlixan oğlunun adının əbədiləşdirilməsi məqsədi ilə inşa edilmiş xatirə – abidə kompleksinin açılış mərasimi keçirilmişdir. Mərasimdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, Azərbaycanın xalq yazıçısı Çingiz Abdullayev, digər rəsmi şəxslər, rayon ictimaiyyətinin nümayəndələri və şəhidin ailə üzvləri iştirak etmişlər.

Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov şəhidlərimizin qəhrəmanlıqlarından bəhs edərək bildirmişdir ki, dövlət başçımız cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın birbaşa diqqəti və qayğısı sayəsində dövlətimiz tərəfindən hər bir şəhidin Vətən naminə xidmətləri yüksək qiymətləndirilir, xatirələri əbədiləşdirilir.

YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov xatirə–abidə kompleksinin açılış mərasimində çıxş edərək bildirmişdir ki, qəza nəticəsində şəhid olmuş Əliyev Xəyyam Əlixan oğlunun Vətən Müharibəsinin iştirakçısı kimi şanlı Zəfərin qazanılmasında böyük xidmətləri olmuşdur.

Göstərilən diqqət və qayğıya görə şəhidin ailə üzvləri cənab Prezident İlham Əliyevə,  Birinci vitse-prezident çox hörmətli Mehriban xanım Əliyevaya və Yeni Azərbaycan Partiyasına öz dərin minnətdarlıqlarını bildirmişlər.