Şəhid Mürsəl Kazımlı doğum günündə ehtiramla yad edilib

Şəhid Mürsəl Kazımlı doğum günündə ehtiramla yad edilib
23 iyul Vətən Müharibəsi şəhidi Kazımlı Mürsəl Kamil oğlunun doğum günüdür. Şəhidimizin mövludu ilə əlaqədar Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, digər rəsmi şəxslər, şəhid ailə üzvləri Mürsəl Kazımlının Suraxanı rayon Zığ qəsəbəsi Dədə Qorqud yaşayış sahəsində yerləşən Şəhidlər Xiyabanındakı əbədi istirahətgahını ziyarət etmiş, tər güllər düzmüş və dualar oxumuşlar.
Ziyarət əsnasında YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov bildirmişdir ki, Azərbaycan öz tarixi torpaqlarını Mürsəl kimi mərd, cəsarətli, canlarını vətən uğrunda qurban verən igid oğulları sayəsində düşmən tapdağından azad etmişdir. Canlarını, sağlamlıqlarını vətənin bütövlüyü uğrunda qurban verən vətənpərvərlərin xatirələri yaşadılır, əmanətləri olan ailələri unudulmur və onlar istər dövlət orqanları, istərsə də cəmiyyətimiz tərəfindən ali diqqət, sevgi və qayğı ilə əhatələnirlər.
Göstərilən diqqət və qayğıya görə şəhidin ailə üzvləri cənab Prezident İlham Əliyevə, Birinci vitse-prezident çox hörmətli Mehriban xanım Əliyevaya və Yeni Azərbaycan Partiyasına öz dərin minnətdarlıqlarını bildirmişlər.