Şəhid İsabala Hüseynov doğum günündə ehtiramla yad edilib

Şəhid İsabala Hüseynov doğum günündə ehtiramla yad edilib

15 sentyabr Vətən Müharibəsi şəhidi şəhid əsgər Hüseynov İsabala Ceyhun oğlunun doğum günüdür. Şəhidimizin dünyaya gəlməsinin 24-cü ildönümü ilə əlaqədar YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, YAP Suraxanı rayon təşkilatının sədr müavini Salman Əbdülov, Suraxanı Rayon İcra Hakimiyyətinin şöbə müdiri Elmar Hüseynov, Suraxanı Rayon İcra Hakimiyyəti nəzdində Layihə-Smeta Bürosunun rəisi Şaiq Səfərov, Əmircan Bələdiyyəsinin sədri Emil Yusifov, şəhid ailə üzvləri, rayon ictimaiyyətinin nümayəndələri, Əmircan qəsəbəsində yerləşən Şəhidlər Xiyabanındakı əbədi istirahətgahını ziyarət etmiş, tər güllər düzmüş, dualar oxumuşdur. 

Göstərilən diqqət və qayğıya görə şəhidin ailə üzvləri cənab Prezident İlham Əliyevə,  Birinci vitse-prezident çox hörmətli Mehriban xanım Əliyevaya və Yeni Azərbaycan Partiyasına öz dərin minnətdarlıqlarını bildirmişlər.