Şəhid Elşən Səmədlinin doğum günündə adının əbədiləşdirilməsi məqsədi ilə inşa edilmiş bulaq-xatirə kompleksinin açılış mərasimi keçirilib

Şəhid Elşən Səmədlinin doğum günündə adının əbədiləşdirilməsi məqsədi ilə inşa edilmiş bulaq-xatirə kompleksinin açılış mərasimi keçirilib

19 fevral şəhid Səmədli Elşənin doğum günüdür. Öncə şəhid Elşən Səmədlinin Suraxanı rayonu Əmircan qəsəbəsində yerləşən Şəhidlər Xiyabanındakı əbədi istirahətgahı ziyarət edilmiş, məzarı üzərinə güllər düzülmüş və dualar oxunmuşdur. Doğum günü münasibəti ilə  Suraxanı rayonu sakini, Vətən Müharibəsi şəhidi əsgər Səmədli Elşən Bayram oğlunun adının əbədiləşdirilməsi məqsədi ilə inşa edilmiş bulaq-xatirə kompleksinin açılış mərasimi keçirilib.

Mərasim Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, Milli Məclisin deputatı Etibar Əliyev, digər rəsmi şəxslər, şəhid ailələri, qazilər, qəsəbə sakinləri və şəhidin doğmaları iştirak etmişlər.

Suraxanı RİH-nin başçısı Əziz Əzizov, YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, Milli Məclisin deputatı Etibar Əliyev və digər rəsmi şəxslər şəhid Səmədli Elşənin ailəsinin qayğıları ilə maraqlanmışlar. YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov şəhidimizin əziz xatirəsini bir daha yad edərək Allahdan rəhmət diləmişdir.

Qeyd edək ki, şəhid əsgər Səmədli Elşən Bayram oğlu Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin müvafiq sərəncamları ilə “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilmişdir.

Göstərilən diqqət və qayğıya görə şəhidin ailə üzvləri cənab Prezident İlham Əliyevə, Birinci vitse-prezident çox hörmətli Mehriban xanım Əliyevaya və Yeni Azərbaycan Partiyasına öz dərin minnətdarlıqlarını bildirmişlər.