Suraxanı rayonunda “Əbədi müstəqillik” adlı tədbir keçirilmişdir.

Suraxanı rayonunda “Əbədi müstəqillik” adlı tədbir keçirilmişdir.

26 may 2022-ci tarixində Suraxanı rayonu S.S.Axundov adına 172 nömrəli tam orta məktəbdə 28 May-Müstəqillik Günü münasibətilə “Əbədi müstəqillik” adlı tədbir keçirilmişdir. Tədbirdə Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədr müavini Əbdülov Salman, sahə mütəxəssisi Həsənov Sahil və AMEA tarix elmləri doktoru Kazımov Elnur iştirak etmişlər. Öncə qonaqlar məktəbin foyesində şagirdlərin rəsm əsərləri ilə tanış olublar. Daha sonra tədbirdə 28 May 1918-ci ildə ş ərqin ilk demokratik respublikası olan AXC-nin yaranması tarixindən söz açılıb.

Azərbaycan tarixinin şanlı səhifələrindən olan, xalqımızın milli azadlıq mücadiləsinin məntiqi nəticəsi sayılan və müasir dövlətçilik tariximizdə önəmli yerə malik olan cümhuriyyətin XX əsrin Şərqi üçün milli dövlətçilik ənənələrinin əsasını qoyduğu vurğulanıb. UBTR-i Aysel Abbasovanın təşkilatçılığı, Azərbaycan dili müəllimləri Kəmalə Məhərrəmova, Rəfiqə Əzimova və musiqi müəllimi Elminaz Mahmudovanın bədii tərtibatında ərsəyə gələn tədbirdə məktəbin şagirdlərinin ifaları, şeirləri, rəqsləri böyük marağa səbəb oldu və məktəblilərin gurultulu alqışları ilə qarşılandı.