Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2023-cü il tarixli sərəncamının müvafiq tədbirlər planına uyğun olaraq Əmircan qəsəbəsindən Yeni Suraxanı qəsəbəsinə gedən yolun kənarında “Suraxanı Oyl S.A” Əməliyyat Şirkətinin kontrakt sahəsinə aid 0,22 ha ərazidə ağacəkmə aksiyası keçirilib.
2100 ədəd Eldar şamı və müxtəlif növ ağacların əkildiyi aksiyada Əməliyyat Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin Vitse-Prezidentləri Elvin Ağayev və Rafael Nağıyev, Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov, RİHB-nin müavinləri, YAP Suraxanı rayon təşkilatının nümayəndələri, qəsəbə nümayəndələri, bələdiyyə sədrləri iştirak ediblər.
Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi ekoloji siyasət bu gün Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir və öz bəhrəsini verməkdədir.